Accessibility links

Urmiyə Gölünün dərsliklərdən çıxarılması etirazlara səbəb olub


İran Azərbaycanında ictimai fəallar və sosial media istifadəçilərinin “Urmiyə Gölünün şəklinin yeni dərsliklərdəki xəritələrdən çıxarılmasına” qarşı etirazları İran Parlamentində də gündəmə gəlib.

Urmiyə millət vəkili Nadir Qazipur bu barədə İranın Təlim və Tərbiyə Naziri Seyid Məhəmməd Bəthayiyə yazılı sual yönləndirib.

Millət vəkilinin məktubunda bu ifadələrə yer verilib:

Avstraliyada insanların xətaları nəticəsində təbiətə verilən zərərləri uşaqlara göstərmək məqsədilə Urmiyə Gölünün quruması mövzusu dərsliklərə daxil edilərkən, İranda Urmiyə Gölünü dərsliklərdən silirlər.
Nadir Qazipur

“Avstraliya kimi ölkələrdə, insanların xətaları nəticəsində təbiətə vurulan zərərləri uşaqlara göstərmək məqsədilə Urmiyə Gölünün quruması mövzusu dərsliklərə daxil edilərkən, təəssüf ki, İran təlim və tərbiyə nazirliyinin məsulları Urmiyə Gölünü dərsliklərdən silirlər.”

Fars News xəbər agentliyinin məlumatına əsasən, Qazipur həmçinin əlavə edib, “məsulların Urmiyə Gölünün canlandırılmasına dair vədləri yerinə yetirilməzkən, indi gölün şəkli də dərsliklərdən silinib.”

Deputat təlim və tərbiyə nazirindən “inandırıcı açıqlama” gözlədiyini qeyd edib. O, həmçinin öz Instagram səhifəsində yazıb ki, Urmiyə Gölünün dərsliklərdən çıxarılması təklifinin hansı düşüncə mərkəzindən gəldiyi açıqlanmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG