Accessibility links

Əfqanıstan prezidenti Vaşinqtona səfərini başa vurur


Həmid Karzai səfərinin sonuncu günü terrorizm əleyhinə mübarizədə həyatlarını qurban vermiş Amerika əsgərlərinin xatirəsinə ehtiramını bildirib

Vaşinqtona səfərini başa vuran Əfqanıstan prezidenti Həmid Karzai bu gün terrorizm əleyhinə mübarizədə həyatlarını qurban vermiş Amerika əsgərlərinin xatirəsinə ehtiramını bildirib.

ABŞ Müdafiə naziri Robert Geyts və Birləşmiş Ştatların yüksək səviyyəli hərbi rəsmiləri, Birgə Qərargahlar rəsir admiral Maykl Mallen və general stenli Makkristalın müşayiətilə cənab Karzai Əfqanıstan və İraqda həlak olmuş Amerika əsgərlərinin dəfn edildiyi Arlinqton Milli Xiyabanını ziyarət etmişdir. Əfqanıstanda həlak olmuş Amerika əsgərlərinin 140 Arlinqton qəbiristanlığında dəfn edilib.

Bu həftə səfəri zamanı müharibədə yaralanmış əsgərlərə baş çəkən prezident Karzai ABŞ-ın Əfqanıstana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG