Accessibility links

ABŞ Ukraynaya 820 milyon dollarlıq hərbi yardım paketi elan edib


Odesanın 50 kilometr cənub-qərbində yerləşən Serhiivka şəhərində raket zərbəsi nəticəsində dağılan yaşayış binası. 1 iyul, 2022.
Odesanın 50 kilometr cənub-qərbində yerləşən Serhiivka şəhərində raket zərbəsi nəticəsində dağılan yaşayış binası. 1 iyul, 2022.

Birləşmiş Ştatlar cümə günü Ukrayna üçün əlavə 820 milyon dollarlıq yardımın detallarını elan edib. Bu yardıma yer-hava tipli raket sistemləri və artilleriya əleyhinə radar daxildir.

Ən son yardım paketinin məqsədi Ukraynaya Rusiyanın uzun-mənzilli raketlərdən istifadəsinə qarşı çıxmağa yardım etməkdir və bu yardım Ukrayna rəsmilərinin Qərb ölkələrinə əlavə qabaqcıl silah sistemləri göndərmələri üçün çağırışlardan sonraya təsadüf edir.

Pentaqon cümə günü deyib ki, Bayden administrasiyası Ukraynaya 7.6 milyard dollarlıq təhlükəsizlik yardımı, o cümlədən Rusiyanın fevral ayında Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri təxminən 7 milyard dollar göndərib.

ABŞ Prezidenti Co Bayden bu həftə Madriddə keçirilən mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar Ukraynanı “nə qədər lazım olsa, dəstəkləməyə davam edəcək.”

ABŞ-ın Ukraynaya 14-cü hərbi yardımına iki NASAMS kimi tanınan havadan müdafiə sistemi daxildir ki, bu sistem Ukrayna qüvvələrini kruiz raketləri və təyyarələr qarşı müdafiə ilə təmin edir.

ABŞ-ın yüksək səviyyəli rəsmisi deyib ki, sistemlər NATO standartında müdafiə sistemləridir və Ukraynanın Sovet dövrünə aid havadan müdafiəsini müasirləşdirmək cəhdinin bir hissəsidir.

“Ukraynalılar mövcud havadan müdafiə sistemlərindən möhtəşəm istifadə edirlər, amma biz hamımız bilirik ki, sovet-tipli sistemlər Rusiya istehsalıdır..yəni zamanla onların ehtiyat hissələrini təmin etmək çətinləşəcək,” rəsmi deyib.

Ən son həbi yardım paketi həmçinin ukraynalıları 150 min 155-millimetrlik artilleriya sursatı, habelə Birləşmiş Ştatların Ukraynaya iyun ayında verdiyi orta-mənzilli raket sistemləri üçün əlavə sursatla təmin edəcək.

Cümə günü Rusiyanın Ukraynanın Odesa bölgəsinə raket zərbələri nəticəsində azı 21 nəfər ölüb, onarla insan yaralanıb. Raketin atıldığı yerlərdən ən azı biri yaşayış binası olub. Ukrayna ordusunun rəsmiləri deyib ki, ölənlərdən ikisi uşaqdır, sağ qalanların axtarışları davam edir.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, raket Bilhorod-Dnistrovski şəhərində doqquz mərtəbəli binaya dəyib.

Odesa bölgəsinin administrasiyasının sözçüsü Serhiy Bratçuk Ukrayna dövlət televiziyasında deyib ki, binanın bir hissəsinin çökməsi nəticəsində dağıntılar altında qalan insanları xilas etmək üçün əməliyyatlar davam edir. Bir digər raket kurort obyektinə düşərək, bir neçə nəfəri yaralayıb.

Rusiya hücum zamanı mülki vətəndaşları hədəf aldığını inkar edib.

Mən sizə prezidentin sözlərini xatırlatmaq istəyirəm ki, Rusiya Silahlı Qüvvələrinin mülki hədəflərlə işi yoxdur,” Kremlin sözçüsü Dmitri Peskov deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin kabinet rəhbəri Rusiyanın dinc əhaliyə qarşı müharibə aparmaqda ittiham edib.

Zelenski gündəlik müraciətində zərbələri “bir növ səhv və ya təsadüfi raket zərbəsi deyil, şüurlu, qəsdən hədəflənmiş Rusiya terroru” adlandırıb.

XS
SM
MD
LG