Accessibility links

ABŞ Baydenin Polşaya səfər edəcəyini açıqlayıb


ABŞ Prezidenti Co Bayden və Polşa Prezidenti Andjey Duda. Varşava, Polşa. 26 mart, 2022.
ABŞ Prezidenti Co Bayden və Polşa Prezidenti Andjey Duda. Varşava, Polşa. 26 mart, 2022.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsininin birinci ildönümü yaxınlaşdığı bir vaxt, Rusiya “çətin seçimlə” üzləşir. Bunu Britaniya Müdafiə Nazirliyi şənbə günüə gündəlik kəşfiyyat hesabatında bildirib.

Vaqner qrupu bu həftənin əvvəlində Rusiyanı Ukraynada qüvvə ilə təmin etmək üçün məhbusları cəlb etmək sxemini dayandırdığı bir vaxt, Britaniya nazirliyi bildirib ki, Rusiya indi “çətin seçimlə” üz-üzədir. Nazirlik bildirib ki, indi Rusiya “qüvvələrini tükətmək, hədəflərini azaltmaq və ya başqa cür səfərbərlik həyata keçirməyi” davam edib-etməyəcəyinə qərar verməlidir.

Nazilrik həmçinin bildirib ki, məhbus Ukraynadakı döyüşlərin reallığı “dərk etdiyinə görə” onların Ukraynada xidmət göstərmək həvəsi azalıb.

Vaqner qrupunun səylərini dayandırmasının bir başqa mümkün səbəbi çox güman ki, “Rusiya Müdafiə Nazirliyi ilə Vaqner arasında getdikcə artan birbaşa rəqabət”dir.

Ağ Ev cümə günü Prezident Co Baydenin Polşa Prezidenti Andjey Duda və şərqi Avropadakı müttəfiqləri ilə görüşmək üçün fevralın 20-də Polşaya səfər edəcəyini açıqlayıb.

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü ərəfəsində baş tutacaq səfər “Birləşmiş Ştatların lazım olduğu qədər Ukraynanın yanında olmağa davam edəcəyini açıq şəkildə vurğulayacaq,” Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib.

Bu açıqlama Rusiyanın cümə günü Ukrayna boyu kütləvi zərbələr endirməsindən sonraya təsadüf edir. Hücumlar mülki vətəndaşları və mülki infrastrukturu hədəf alıb və yeni elektrik kəsilmələrinə səbəb olub. Amerikanın Səsinin Kyivdəki müxbiri Anna Çernikovanın bildirdiyinə görə, Ukraynanın enerji naziri Herman Haluşçenko altı bölgədə istilik və hidrogenerasiya obyektlərində, eləcə də yüksək gərginlikli infrastruktura zərbələrin endirildiyini təsdiqləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi hücumları “NATO-nun kollektiv təhlükəsizliyi üçün problemdir. Bu, dayandırıla bilən və dayandırılmalı olan terrordur,” o, video müraciətində bildirib.

Ən çətin vəziyyət Zaporijja, Xarkiv və Xmelnitski bölgələrindədir. Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Ukraynanın hava hücumundan müdafiəsi Rusiyanın 71 raketini vurub. “Təəssüf ki, düşən raketlər də oldu. Təəssüf ki, qurbanlar var,” Zelenksi deyib.

Kyivdə insanlar Rusiyanın kütləvi raket hücumları zamanı metro stansiyasına sığınıb. 10 fevral, 2023.
Kyivdə insanlar Rusiyanın kütləvi raket hücumları zamanı metro stansiyasına sığınıb. 10 fevral, 2023.

BMT-nin sözçüsü Stefan Dujarrik cümə günü bildirib ki, təkcə Xarkivdə 150 min ev bə biznesin elektriksiz qaldığı deyilir.

Donetskdə cəbhə xəttindən 18 kilometr uzaqda yerləşən Oçeretin icmasını BMT tibbi ləvazimatlar, günəş lampaları, gigiyena dəstləri, yataq dəstləri və digər ləvazimatlarla təmin edib.

Ərazidə qalan 200-i uşaq olmaqla təxminən 3600 nəfər, ötən ilin fevralından bəri qazsız qalıb, su və elektriyə çıxış Ukraynanın bir çox yerində olduğu kimi qeyri-sabit olaraq qalır.

“Nəqliyyat çatışmazlığı da səhiyyə xidmətlərinə çıxışa təsir edir,” Dujarrik deyib. O, BMT-nin baş katibinə istinad edərək bildirib ki, “kritik mülki infrastruktura qarşı hər hansı hücumlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.”

Ukrayna prezidenti deyib ki, cümə günü ağır hava hücumları zamanı bir neçə Rusiya raketi Moldova və Rumıniya hava məkanından keçib.

“Bu, terrorun sərhəd tanımadığının və heç vaxt tanımayacağının bir başqa sübutuduru,” o deyib. “Ukraynanın müdafəsinin bütün Avropa və dünyanın, sadəcə olaraq yaşamaq istəyən hər bir ölkəsinin müdafiəsi olduğunun sübutudur.”

Moldovanın hava məkanı

Rumıniyanın Müdafiə Nazirliyi dərc etdiyi bəyanatda Ukraynanın raketin Rumıniya hava məkanından da keçdiyinə dair iddialarını təkzib edib, amma raketin Moldova hava məkanına daxil olduğunu və deyilənə görə, Rumıniya sərhədinə 35 kilomter yaxın bir məsafədən keçdiyini təsdiqləyib.

Moldova Rusiya raketlərinin hava məkanından keçdiyini təsdiqləyib və şikayət etmək üçün Moskvanın səfirini xarici işlər nazirliyinə çağırıb.

Ukrayna Hava Qüvvələrinin sözçüsü Yuri İhnat mətbuat konfransında bildirib ki, Ukraynanın radar sistemi Rusiyanın Ukraynaya 14-cü kütləvi raket hücumu zamanı iki Kalibr qanadlı raketinin Rumıniya və Moldova hava məkanına daxil olduğunu qeydə alıb.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel cümə günü Ukraynanın iddialarına münasibət bildirərək deyib ki, hazırda Rusiya tərəfindən Moldova və ya Rumıniyaya birbaşa təhlükənin olduğuna dair işarə yoxdur.

Cümə axşamı Brüsseldə Avropa İttifaqı liderləri ilə danışan Zelenski xəbərdarlıq edib ki, onun ölkəsi Rusiyanın məxfi xidmətinin Moldovanı məvh etmək planlarını ələ keçirib və Moldova kəşfiyyatı bu iddianı təsdiqləyib.

Moldova parlamentinin üzvü Sinçevici Evgeni onun xəbərdarlıqlarını təkrarlayıb. O, Amerikanın Səsinin Şərqi Avropa Diviziyasının rəhbəri Miroslava Qonqadzeyə deyib ki, Moldova hökumətinin cümə günü qəfil dəyişikliyi Moldovana yeni müdafiə tədbirlərinə ehtiyacın olduğunu vurğulayır.

XS
SM
MD
LG