Accessibility links

ABŞ rəsmiləri: Rusiya raketləri 60 faizə qədər hallarda uğursuzdur


Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin paylaşdığı bu fotoda hərbi təlimlər zamanı Rusiyanın Iskander-K raketinin buraxılması anı əks etdirilib. 

Birləşmiş Ştatların hesablamalına görə, Rusiya Ukraynaya hücum müddətində bəzi dəqiqliklə idarə olunan raketlərin istifadəsində 60 faizə qədər hallarda uğursuz olub. Bu barədə kəşfiyyat məlumatlarından xəbərdar olan üç ABŞ rəsmisi Reuters-ə bildirib.

Bu açıqlama bir ay öncə başladılan hücum ərzində özündən dəfələrlə kiçik Ukrayna ordusu ilə müqayisədə Rusiyanın aşkar üstünlüyə malik olmasına baxmayaraq, əksəriyyətin əsas hesab etdiyi məqsədlərə nail olmaqda müvəffəqiyyətsizliyin səbəbini izah edə bilər. Həmin məqsədlərə nümunə olaraq, Ukrayanın hava qüvvələrinin neytallaşdırılması göstərilə bilər.

İnformasiyanın həssaslığı səbəbilə anonim qalmaq istəyən ABŞ rəsmiləri bu rəqəmləri dəstəkləyən sübutlar, o cümlədən Rusiya raketlərinin uğursuzluq nisbətini izah edən meyarlar haqda məlumat verməyiblər.

Reuters bu məlumatın dəqiqliyini müstəqil şəkildə müəyyən etməyə müvəffəq olmayıb.

Kreml və Rusiyanın Müdafiə Nazirliyi mövzunu şərh edilməsi ilə bağlı müraciətə cavab verməyiblər.

Bu yüksəklikdə uğursuzluq nisbətini izah edəcək səbəblərə raketin buraxılması zamanı yaşanan problemlərdən başlayaraq, toqquşma anı partlayışın baş verməməsi daxil ola bilər.

ABŞ-ın müdafiə rəsmilərinin mətbuata bildirdiklərinə görə, Pentaqon müharibənin başladığı tarixdən bu günə qədər Rusiyanın 1100-dən çox müxtəlif növ raketlərdən istifadə etdiyini təxmin edir. ABŞ rəsmiləri həmin raketlərin neçəsinin hədəfə çatdığı və neçəsinin uğursuz olduğu haqda məlumat verməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG