Accessibility links

ABŞ Belarusa qarşı sanksiyaların müddətini uzadıb


ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadaraq, bunun səbəbini Minsk hökumətinin ölkədə demokratik idarəçiliyin inkişafına mane olan aksiyaları və siyasəti ilə izah edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə göndərdiyi məktubda cənab Obama Belarus hökimətinin 2011-ci ildə siyasi müxalifətə, vətəndaş cəmiyyətinə və müstəqil medaiaya qarşı təzyiqləri davam etdirdiyini bildirib. Prezident Obama qeyd edib ki, vətəndaşlar rəsmiləri tənqid etdiklərinə və nümayişlərdə iştirak etdiklərinə görə hökumət tərəfindən həbs edilib, saxlanılıb və həbsxanaya salınıb, eyni zamanda müstəqil medianın informasiyanı yaymasının qarşısı alnııb.

Cənab Obama Belarusa qarşı ilk dəfə 2006-cı ildə tətbiq edilən sanksiyaları qüvvədə saxlayıb.

ABŞ və Avropa İttifaqının bundan öncə tətbiq etdiyi sanksiyaların məqsədi Belarus prezidenti Aleksandr Lukaşenko rejimininin insan haqları sahəsində inkişaf əldə etməsinə nail olmaqdır.

18 ildir Belarus lideri olan prezident Lukaşenko müxalifətə təzyiqlər göstərir və Qərbin xəbərdarlıqlarına baxmayaraq, fundamental azadlıqları pozmağa davam edir.

XS
SM
MD
LG