Accessibility links

ABŞ-dakı iqtisadi narahatlıq siyasi dəyişiklik istəyini artıra bilər


ABŞ-dakı iqtisadi narahatlıq siyasi dəyişiklik istəyini artıra bilər
please wait

No media source currently available

0:00 0:02:36 0:00

ABŞ-dakı iqtisadi narahatlıq siyasi dəyişiklik istəyini artıra bilər

ABŞ Prezidenti Co Baydenin 8 noyabr seçkilərindən əvvəl Demokratlar Partiyasının kampaniyası zamanı iqtisadi gündəmini irəli sürməsinə baxmayaraq, yüksək inflyasiya, enerji qiymətləri, pandemiya və Ukraynadakı müharibə iqtisadi çətinlikləri əsas şikayət mənbələrinə çevirən Respublikaçılarla bu rəqabətdə iqtisadi gündəmi təbliğ etməyi çətinləşdirir.

Cümə axşamı, seçki gününə iki həftədən az bir vaxt qalmış Prezident Co Bayden administrasiyasının iqtisadiyyatın idarə edilməsində uğurunu Həmkarlar İttifaqı işçilərinə izah etmək üçün Nyu York ştatının şimalına səfər edib. "Biz daha yaxşı vəziyyətdəyik. Biz vəzifəyə gəldiyimizdən bəri on milyon iş yeri yaradıldı və bu, Amerika tarixində bütün administrasiyalar arasında bir rekorddur. İşsizlik 3,5% səviyyəsindədir ki, bu da son 50 ildə ən aşağı göstəricidir. 5,4 milyon amerikalı kiçik biznesə başlamaq üçün müraciət edib ki, bu da Amerika tarixində ən yüksək səviyyədir" - deyə, Bayden bildirib.

Administrasiyanın irəli sürdüyü arqument budur: Yüksək qaz qiymətlərinə və rekord yüksək inflyasiyaya baxmayaraq, iqtisadiyyatın ən böyük və əsl göstəricisi iş yerlərinin artımıdır.

Bəs seçicilər nə düşünür?

Amerikanın Səsi ABŞ-ın qərbində Respublikaçıların istinadgahı sayılan Vayominq ştatında bəzi seçicilərlə görüşüb.

"Donald Tramp vəzifədə olanda iqtisadiyyat yaxşı görünürdü, insanların pensiyaları yaxşı idi. Qalan hər şey yaxşı idi. O, vəzifədən gedəndən sonra, indi görürsən ki, bütün bu işlərə zərbə dəydi və çox pis olmağa başladı" deyib, seçicilərdən biri.

Respublikaçı siyasətçilər 8 noyabr seçkiləri öncəsi bənzər arqumentləri tez-tez dilə gətirilər. Hansı vəzifəyə namizəd olmalarından asılı olmayaraq, namizədlər qalib gəlsələr, bacardıqları qədər Baydenə qarşı çıxacaqlarını deyirlər. Arkanzas Qubernatorluğuna Respublikaçı namizəd Sara Sanders: "Və növbəti qubernatorumuz kim olacaqsa, ayağa qalxıb Co Baydenə və onun bütün ölkəmizə təsir edən pis siyasətlərinə qarşı çıxmağı bacarmalıdır."

Bu qrafikdən göründüyü kimi, amerikalıların yaşayış dəyəri son bir ildə artıb.

Və bu qrafikdən göründüyü kimi, ABŞ-da inflyasiya səviyyəsi 8,1 faizdir. Bu, Böyük Yeddilər (G-7) ölkələri arasındakı ortalamadan yüksək, lakin ortlama qlobal inflasiya səviyyəsi ilə müqayisədə aşağıdır. Lakin sorğu keçirən qruplar deyirlər ki, söhbət iqtisadiyyatdan gedirsə, seçiciləri quru söhbətlər maraqlandırmır. Onları gəlirləri narahat edir. Kris Cakson: "Əsasən, insanlardan ən vacib məsələnin nə olduğunu soruşduqda, onlar iqtisadiyyatı hər şeydən ən azı üç dəfə üstün tutur."

İqtisadi narahatlıq isə siyasi dəyişiklik istəyini artıra bilər. “Düşünürəm ki, bu, amerikalıların iqtisadiyyatdan, daha geniş iqtisadi mühitdən narahat olduqları və buna görə də bir növ hakimiyyəti günahlandırdıqları deməkdir. Və hazırda bu, Demokrat Partiyasıdır. Beləliklə, Demokratların ara seçkilərdə daha çətin anlar yaşayacağı ehtimalı var" deyir Kris Cakson.

Amerikalılar bunun necə olacağını 8 Noyabr Seçki Günündə biləcəklər .

XS
SM
MD
LG