Accessibility links

Prezident Obama Britaniyanın Baş naziri Kameronu Ağ Evdə qəbul edib


Prezident Obama Ağ evdə Birləşmiş Ştatların ən yaxın müttəfiqi olan Britaniyanın Baş naziri Deyvid Kameronla görüş keçirir. ABŞ-a rəsmi səfər edən Britaniya Baş nazirinin şərəfinə Ağ Evdə təntənəli mərasim keçirilib.

Cənab Obama və cənab Kameron arasında danışıqlarda İran, Suriya və Əfqanıstanda vəziyyət, habelə NATO və Böyük Səkkizlərin qarşıdan gələn zirvə toplantılarının müzakirə edilib.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında cənab Obama deyib ki, Amerika 16 mülki vətəndaşın öldürülməsi hadisəsinə baxmayaraq, Əsqanıstanda həqiqi nailiyyətlər əldə edib. Prezident deyib ki, son günlər baş verən faciəvi hadisələr Əl-Qaidə və Talibanla mübarizə aparan ABŞ və NATO qüvvələrinin missiyasının çətin olduğunu bir daha sübut edib.
Britaniyanın baş naziri isə deyib ki, Əfqanıstandakı koalisiya qüvvələri ölkədə vəziyyəti ideal hala gətirməsə də, bir sıra tərəqqi əldə edib.

Liderlər iş yerlərinin yaradılması, qlobal iqtisadiyyatın bərpası prosesinin saxlanması və Avropanın borc böhrarnından çıxmasına kömək edilməsi məqsədilə iqtisadi baxımdan inkişaf etmiş digər ölkələrlə birgə iş apardıqlarını deyiblər.

XS
SM
MD
LG