Accessibility links

ABŞ-la Kanada sərhədində insan və narkotik maddə qaçaqmalçılığı mövcuddur [Video]


ABŞ-la Kanada sərhədində insan və narkotik maddə qaçaqmalçılığı mövcuddur
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Prezident Donald Trampın Birləşmiş Ştatlarla Meksika arasındakı sərhəddə divar inşa etməyi planlaşdırdığı çoxlarına məlumdur. Lakin Birləşmiş Ştatlarla Kanada arasında sərhəddə də hər iki ölkə təhlükəsilzik problemləri ilə üzləşir. Bu sərhəddə hər iki ölkədən insan və narkotik maddə qaçaqmalçılığı mövcuddur və sərhəd keşikçiləri belə qanunsuzluqların qarşısını almaq üçün kifayət qədər resurslara malik deyil.

Sərhəd Patrul Xidmətinın işçiləri üç Türkiyə vətəndaşının Birləşmiş Ştatların nəzarətindəki Svanton Vermont sərhədində arxa yollarla qeyri-qanuni Kanadaya keçməsini izləyir. Kanada polisi onları həbs etmək üçün öz tərəfində sərhəddə gözləyir. Onlar sərhədi normal yerdə keçsəydi, geri qaytarıla bilərdilər. Lakin Kanada qanunlarına görə sərhədi qeyri-qanuni keçənlərə sığınacaq verilməlidir.

Sərhəd Patrul Xidmətinin agenti Bred Brantın dediyinə görə, son 6 ayda dünyanın müxtəlif yerlərindən 5 mindən çox insan Kanada sərhədini qeyri-qanuni keçib. “İnsanlar Birləşmiş Ştatların Kennedi aeroportuna qanuni, turist vizası ilə daxil olur. Sonra onlar Nyu York ştatında Platsburqa qədər avtobusla, daha sonra isə sərhədə yaxın Roksame Roda taksi ilə gedirlər.”

Qaçaqmalçılar Roksame Roddan 10 illərdir istifadə edir və bura Svanton sektorunda sərhəd keşikçilərini narahat edən bir neçə keçiddən biridir.

Birləşmiş Ştatlarla Meksika arasında sərhədə daha çox diqqət artırıla bilərdi, lakin 11 senytabr hücumlarından sonra ekspertlər terrorçuların daha çox Kanadadan Birləşmiş Ştatlara daxil ola biləcəyi barədə xəbərdarlıq edirdi. “Nəzərə almaq lazımdır ki, kiminsə Amerikaya Kanadadan keçməsi daha asan olardı, nəinki bütün Meksikadan keçərək, Amerika sərhədinə çatması” deyə, Bred Brant bildirir.

Cənub sərhədi kimi Birləşmiş Ştatların şimalda Kanada ilə sərhədi də minlərlə kv.metr boş çollərdən ibarətdir. Sərhəddə yerləşən Derbi-Layn, Vermont və Stensted-Quebek kimi yarı bölünmüş şəhərlərın isə özünəməxsus unikal problemləri var.

Derbi-Layn şəhərindəki patrul xidmətinin agenti Stefan Henesinın dediyinə görə, müasir GPS texnologiyasına qədər sərhəd yanlış tərtib edilmişdi. “Sərhədin hər iki tərəfində qonşular, ailələr özlərini bir icmadakı kimi hiss edir.”

11 sentyabr hadisələrindən sonra şəhər sakinlərindən sərhədi təhlükəsizlik mənqətəsindən keçmələri tələb olundu. Derbi-Laynsdakı Haskel kitabxanası istisna təşkil edir. Bu kitabxana binası sərhədin ortasındadır və hər iki tərəfdə sakinlər kitabxanadan istifadə etmək istəyir. Stefan Henesi: “Bu istisna yolu ayıran bu dibçəklərdən ibarətdir. Arxadan keçərək Heskelə gedən və qayıdan insanlar da yoxlanışdan keçmir. Yəni bu da bizim problemlərimizdən biridir.”

Birləşmiş Ştatlarla Kanada arasındakı 9 min km-lik sərhədə nəzarət etmək çətin vəzifədir. Lakin sərhəd işçiləri müasir texnologiyaya çox güvənir. Məsələn, bu ağaca yerləşdirilmiş kamera kimi. Bu kamera sərhədin hər iki tərəfinə uzanan və narkotik maddə və insan qaçaqmalçılarının istifadə etdiyi qəbristanlığa da nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG