Accessibility links

Konnektikut ştatında bir evdə böyük miqdarda partlayıcı maddə aşkar edilib


Birləşmiş Ştatların Konnektikut ştatının Nyu-Heyven şəhərində bir evdə böyük miqdarda partlayıcı maddə aşkar edilib.

Polis həmin ev sahibinin hər otaqda aşkar edilən partlayıcı maddələrdən hansı məqsədlə istifadə etməyi planlaşdırdığını bilmədiyini bildirib. Polis həmin evə ailədaxili münaqişə səbəbi ilə çağırılıb.

Paskual Krisoya qarşı cümə axşamı evində qeyri-qanuni partlayıcı maddələr, atəşfəşanlıq qurğuları saxlamaq və bomba hazırlamaq kimi ittihamlar irəli sürülüb. Ona qarşı həmçinin evində olan15 və 6 yaşlarındakı iki uşağın xəsarət ala biləcəyi riskinə görə də ittiham irəli sürülüb.

Polis aşkar edilən partlayıcı maddələrin Boston Marafonu zamanı həyata keçirilən bomba hücumunda istifadə edilən materiallarla eyni olduğunu, lakin bu materialların atəşfəşanlıq üçün də istifadə edilə biləcəyini deyib.

Yanğınsöndürmə idarəsinin başçısı Con Alston "Nyu-Haven Register" qəzetinə vediyi müsahibəsi zamanı deyib ki, Krisoyanın evində elə böyük miqdarda partlayıcı maddə və qara toz olub ki, əgər təsadüfən onlar partlasaydı məhəllədəki demək olar bütün insanların həyatı üçün çox ciddi təhlükə yaranardı.

XS
SM
MD
LG