Accessibility links

Robert Geyts: Çin hərbi qüvvələri ABŞ-la dialoqa meylli deyil


Bu gün Sinqapurda regional təhlükəsizliyə dair konfransda danışan Geyts deyib ki, Xalq Azadlıq ordusu Birləşmiş Ştatlarla əlaqələrin inkişaf etidirilməsinə Çinin siyasi liderlərindən daha az maraq göstərir

ABŞ Müdafiə naziri Robert Geyts Çinin hərbi qüvvələrinin Birləşmiş Ştatlarla yüksək səviyyəli dialoqa meylli olmadığını bildirib.

Bu gün Sinqapurda regional təhlükəsizliyə dair konfransda danışan Geyts deyib ki, Xalq Azadlıq ordusu Birləşmiş Ştatlarla əlaqələrin inkişaf etidirilməsinə Çinin siyasi liderlərindən daha az maraq göstərir.

ABŞ rəsmiləri bildirirlər ki, Geyts konfransda sonra hərbi mübadilə proqramlarını bərpa etmək məqsədilə danışıqlar keçirmək üçün Çinə səfər etməyi düşünürdü. Lakin Pekin onu məlumatlandırıb ki, belə bir səfər üçün hazırda vaxt münasib deyil. Geyts Çinin qərarından razı qalmadığını bildirib.

XS
SM
MD
LG