Accessibility links

ABŞ və Çin Havayda hərbi danışıqlar aparır


ABŞ və Çinin müdafiə rəsmiləri Sakit okean regionunda iki ordunun gəmiləri və təyyarələri arasında təhlükəli və aqressiv insidentləri müzakirə etmək üçün son təxminən iki ildə ilk dəfə bu həftə görüş keçirirlər.

Çərşənbə günündən cümə axşamınadək Havayda aparılan danışıqlarla o zamankı Nümayəndələr Palatası spikeri Nensi Pelosinin Çinin iddiası olduğu özünü idarə edən Tayvana səfərindən sonra Pekinin qəflətən dayandırdığını dialoq bərpa olunub.

Çin rəsmiləri ABŞ-ın Tayvana dəstəyini müdaxilə adlandıraraq tənqid edib.

ABŞ rəsmiləri deyib ki, Hərbi Dəniz Məsləhət Şazişinin işçi qrupu son bir neçə ildə təhlükəsizliklə əlaqədar hadisələri nəzərdən keçirib və Çinlə Birləşmiş Ştatlar arasında əməliyyat təhlükəsizliyini və peşəkarlığı davam etdirməyin yollarını müzakirə edib.

“Biz son bir neçə ayda bizimlə Xalq Qurtuluş Ordusunun təyyarə və gəmiləri arasında təhlükəli davranışlarda azalma müşahidə etdik, bu da bizi ruhlandırır,” Bir ABŞ rəsmisi adının anonim qalması şərtilə müxbirlərə deyib.

“Birləşmiş Ştatlar Hind-Sakit okean regionunda beynəlxalq qanunun icazə verdiyi yerlərdə təhlükəsiz və peşəkar qaydada fəaliyyət göstərməyə davam edəcək və biz bu öhdəliyə ciddi yanaşırıq. Qəza və yanlış ünsiyyətdən yayınmaq üçün Xalq Qurtuluş Ordusu -və regiondakı bütün digər hərbi qüvvələr- ilə açıq, birbaşa və aydın kommunikasiya çox mühümdür,” ABŞ nümayəndə heyətinin başçısı, ordu polkovniki İan Fransis press-relizdə deyib.

Ötən noyabrda ABŞ Prezidenti Co Bayden San Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində çinli həmkarı ilə görüşüb. Bundan bir ay sonra isə Pelosinin Tayvana səfərindən bəri ordular arasında ilk yüksək səviyyəli əlaqə yaradılıb. Həmin zaman ABŞ ordusunun yüksək səviyyəli zabiti, general CQ Braun, çinli həmkarı ilə video zənglə danışıb.

Rəsmilər deyib ki, bu həftə keçirilən görüşdə hər tərəfdən 18 yüksək vəzifəli rəsmi iştirak edir.

Pekin Cənub Çin dənizinə çıxışa nəzarət etmək və Tayvanı, lazım olsa güc yolu ilə, nəzarəti altına almaq istəyini bəyan edib. Bayden deyib ki, ABŞ qoşunları demokratik adanı hücumdan müdafiə edəcək.

Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra Çin ordusu – dəfərlərlə gəmi və təyyarələri ilə Tayvan boğazında orta xətti keçərək - və Tayvan üzərində və Yaponiyanın müstəsna iqtisadi zonasına raketlər atmaqla ada boyu aqressiv hərəkətlərini artırıb.

Forum

XS
SM
MD
LG