Accessibility links

CIA Direktoru kəşfiyyat işinin məxfiliyini müdafiə edir [Video]


CIA Direktoru kəşfiyyatçıları müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Mərkəzin Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo təhlükəsizlık naminə Birləşmiş Ştatlar hökumət orqanlarının ölkənin müdafiəsi ilə bağlı məsələləri gizli saxlamasını tələb edib.

Edvard Snouden
Edvard Snouden

Cümə axşamı keçirilən ictimai müzakirələr zamanı o, Edvard Snouden və Culian Assanj kimi casusların Birləşmiş Ştatların məxfi sənədlərini oğurlayaraq, ictimaiyyətə açıqladıqlarından danışıb.

Cənab Pompeo onu da əlavə edib ki, amerikalılar anlamalıdırlar ki, həmin şəxslər təkcə öz maraqlarını deyil, bəzən düşmənin də maraqlarını əks etdirir.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edən Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Mayk Pompeo idarənin yalnız xarici casusluqla məşğul olduğunu deyib. “Biz xarici düşmənlərimizdən, düşmən təşkilatlardan və terror təşkilatlarından məxfi məlumatları oğurlayır və bununla qürur duyuruq. Bu təhlükəli və ağır zəmanədə bizim düşmənlərimizin nələr edə biləcəyini daha yaxşı anlamaq üçün hökumətimiz bu məlumatları təhlil edir. Üzr istəyirəm, lakin bu, çox çətin işdir.”

WikiLeaks düşmən kəşfiyyatı kimi tanınır və düşmən kimi hərəkət edi

Cənab Pompeo CIA və digər agentliklərin Amerika xalqının qorunması sahəsindəki qanunları Konqresin razılığı ilə yerinə yetirdiyini, lakin məxfi məlumatları ələ keçirənlərin bunu etmədiyini deyib. O deyib ki, amerikalılar WikiLeaks-in təsisçisi Culian Assanjın və Edvard Snoudenin Birləşmiş Ştatların təhlükəsizliyinə hədə olduqlarını bilməlidirlər.

WikiLeaks-in təsisçisi Culian Assanj
WikiLeaks-in təsisçisi Culian Assanj

“WikiLeaks düşmən kəşfiyyatı kimi tanınır və düşmən kimi hərəkət edir. Və onun təsisçiləri Mərkəzi Kəşfiyyat Agentlinin sirlərini öyrənmək üçün orada işə girib. Çelsi Menninq oraya xüsusi məlumatlar əldə etmək üçün girib. Birləşmiş Ştatların demokratik ölkələr və təşkilatlardan dəstəyə ehtiyacı var. WikiLeaks-in doğrudan da nə olduğunu bilmək vaxtı çatıb. Bu, Rusiya kimi dövlət qurumları tərəfindən idarə edilən qeyri-dövlət, düşmən kəşfiyyat xidmətidır," deyə cənab Pompeo bildirib.

Cənab Pompeo Birləşmiş Ştatların öz kiber-təhlükəsizliyini qorumaq üçün kifayət qədər iş görmədiyini deyib: “Biz uzun müddət daha ciddi hədəflərə - dövlətlərə diqqət yetirmişik, amma əsas təhlükənin daxilimizdə olduğuna fikir verməmişik."

CIA direktoru internetin terrorçu qruplar və düşmən dövlətlər tərəfindən geniş istifadə edildiyi bir vaxt, kiber-təhlükəsizliyinə böyük ehtiyac olduğunu bildirib.

XS
SM
MD
LG