Accessibility links

ABŞ Rusiya-İran tərəfdaşlığından narahatdır


Birləşmiş Ştatlar bazar ertəsi İranla Rusiya arasında əlaqələrin güclənməsindən narahatlığını ifadə edib.

“Bu, təkcə Rusiya və İrana qonşu olan ölkələri deyil, bütün dünyanı narahat etməlidir,” Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinq zamanı müxbirlərə deyib.

“Biz Rusiyanın Kyivə atdığı və enerji və mülki infrastrukturu hədəfə alan İran istehsalı dronların yaratdığı fəlakəti gördük, ona görə də, əlbəttə ki, biz bu əlaqələri yaxından izləyirik,” Patel əlavə edib.

Rusiya İran istehsalı Şahed dronlarından istifadə edərək, tammiqyaslı hərbi müdaxiləsi zamanı Ukraynaya havadan genişmiqyaslı hücumlar həyata keçirib.

Dronların hədəflərlə toqquşmasını ehtiva edən bu taktika Ukrayna rəsmilərini onları havada vurmaq üçün pilotsuz təyyarələrə qarşı raketlər tələb etməyə vadar edib.

The Wall Street Journal bazar ertəsi məsələ ilə yaxından tanış olan mənbələrə istinad edərək bildirib ki, İranla Rusiya arasında hərbi əməkdaşlıq genişləndiyi bir vaxt Rusiya hökuməti İrana təkmilləşdirilmiş rəqəmsal nəzarət imkanları əldə etməyə kömək edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG