Accessibility links

Korrupsiya ilə mübarizə fəalları Kapitolidə bir araya gəlib [Video]


Korrupsiya ilə mübarizə fəalları Kapitolidə bir araya gəlib
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Dünya boyu korrupsiya ilə mübarizə edən fəallar öz hekayələrini paylaşmaq üçün Kapitoli binasında bir araya gəlıb və işlərini davam etdirmələri üçün Milli Dəstək Fondunun onlara dəstək verməsini istəyib. Amerikanın Səsinin Konqresdəki müxbiri Əfqanıstan və Qvatemala fəallarından danışır.

Əfqanıstanda təhlükələrlə qarşılaşan Xəlil Parsa Kapitolidə geri addım atmayacağını, başına gələnlərə baxmayaraq, korrupsiya ilə mübarizəni davam etdirəcəyini deyir.

“O, 9 dəfə güllə yarası alıb. Biz onun mətinliyinə heyranıq” deyə, nümayəndələr Palatasının spikeri Pol Rayan bildirir.

Xəlil Parsa tək olmadığını deyir. “Əfqanıstanda təkcə mən deyiləm, bütün fəallar təhlükədədir. Əlbəttə, mən narahatam, lakin biz demokratiya və qanunun aliliyi yolunda bir yerdə işləməliyik.”

Anqola, Ukrayna, Malayziya və Gvatemaladan olan fəallarla birlikdə mükafata layiq görülən Xəlil Parsa korrupsiya ilə mübarizə aparanların bir-birləri ilə əlaqədə olmalı olduqlarını deyir. Onlar bir-birlərinə dəstək olmalıdırlar. Biz hər gün Əfqanıstanda etdiyimiz kimi, onlar korrupsiyaya son qoymaq üçün birlikdə mübarizə aparmalıdırlar.”

Bu fəallar isə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçlə bağlı sənədlər və Anqolada brilliyant ticarəti zamanı yol verilən pozuntuları üzə çıxarıb. Korrupsiyanın qanunun aliliyinə və demokratiyanı zəiflətməsinə imkan verməməsi ABŞ-ın dəstəklədiyi səylərə daxildir. Pol Rayan: “Amerika azadlıq, qanunun aliliyi və insan haqları uğrunda mübarizə edənləri bir araya gətirməyəcəksə, kim gətirəcək?”

Hökumətdəki korrupsiya barədə məlumat əldə edən Klavdiya Eskobar ailəsi ilə birlikdə Venesueladan qaçmalı olub. Amerika onun son dayanacağıdır, “Mən anladım ki, ölkəni tərk etməliyəm, çünki onlar mənə çevrilişə yol açdığımı dedilər.”

Klavdiya Eskobar deyir ki, Qvatemala xalqına hesabat verilməlidir. “Bizim institutlar zəif ikən biz korrupsiya ilə mübarizə apara bilmərik. İslahatlar isə yalnız məhkəmə mustəqil olduğu və hakimlər seçki yolu ilə seçildiyi vaxt aparıla bilər. Buna görə bütün sektorlar bir araya gəlməlidir.”

Bu fəalların dəyişiklik vədləri təhlükəli olan yerlərdə bir ümid yaradır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG