Baş qərargahı Berlində yerləşən anti-korrupsiya Transparency International təşkilatının bildirdiyinə görə, şəxsi maraqlar və qohumbazlığın Tramp administrasiyasının dünyada korrupsiyaya qarşı mübarizədə çempion rolunu davam etdirə biləcəyini şübhə altına alır.
Transparency International yeni administrasiyada narahatlıq doğuran işarələrin olduğunu bildirib. “Birləşmiş Ştatlar haqda narahatlıqlara hakimiyyətdə səlahiyyətlərin bir əldə cəmlənməsi, yaxınların vəzifəyə gətirilməsi, qohumbazlıq və mətbuata təzyiqlər səbəb olub. Belə ki, bütün bu faktorlarla ölkənin reytinqi aşağı düşə bilər” deyə, Transparency International təşkilatından Robert Barrinqton bildirir.
Prezident Donald Tramp onun sözləri ilə “bataqlığı qurudacağına”, yaxın dostlarını Vaşinqtondakı vəzifələrindən uzaqlaşdıracağına və həmin vəzifələri geri, xalqa qaytaracağına söz verib.
Təşkilat hesab edir ki, Trampın baş məsləhətçi vəzifəsinə kürəkənini təyin etməsi və maraqların toqquşması ilə bağlı iddialar anti-korrupsiya lideri kimi imicinə xələl gətirib. Robert Barrinqton: Bu, çox vacib və çox uğurlu rol oynayıb. Lakin kimənsə özünün standartlarına uyğun yaşamağı tövsiyə etmək və bu standartları qarşılamamaq problem yarada bilər”.
Transparency korrupsiyaya dair əsaslı dəlillər olmadığını və Trampın nominasiya etdiyi şəxslərin bu prosesdən öz yolları ilə keçdiyini deyir. Bu prosesdən dövlət katibi Reks Tillerson da keçib.Chatham Housdan Yakov Parakilas: “Mənim fikrimcə Reks Trillerson Exxon-un səhmlərindən əl çəkməsi ilə özünü yaxşı tərəfdən göstərdi ki, bu da maraqların toqquşması demək idi. Federal Etika İdarəsi onu tez bir zamanda təmizə çıxardı. Amma digər namizədlərə veriləcək suallar çoxdur .”
Yeni prezidentlə əlaqələr qurmaq istəyən dünya liderləri üçün isə Birləşmiş Ştatlarda potesial korrupsiya anlayışı arxa plandadır.