ABŞ-da COVID-19 xəstələrinin xəstəxanalara qəbulları bundan əvvəlki üç yayla müqayisədə az da olsa artıb.
Peyvəndlərin yenilənməsinə hələ bir neçə ay qalıb və bu yay yoluxanların xəstəxanalara yerləşdirmələrin sayının artması narahatedici ola bilər. Lakin xəstələrin sayı əvvəlkindən xeyli azdır.
İyulun 29-da bitən həftə ərzində COVID-19-la xəstəxanalara müraciət edənlərin sayı 9,056 nəfər olub. Bu, əvvəlki həftə ilə müqayisədə təxminən 12% artım deməkdir.
Lakin bu, 2022-ci il yanvarın əvvəlində həftəlik xəstəxanlara qəbul olunan 44 min, iyul ayının sonunda təxminən 45 min və ya 2022-ci ilin yanvarında Omicron artımı zamanı 150 mindən çox fərqlidir.
"Bir az artır, lakin bu, həyəcan təbili çalınması lazım olan bir şey deyil," Cons Hopkins Universiteti Bloomberg İctimai Sağlamlıq Məktəbinin yoluxucu xəstəliklər epidemioloqu, doktor David Doudi bildirib.
Çox güman ki, infeksiyalar da artmaqdadır, lakin məlumat azdır. Federal rəsmilər ictimai səhiyyə sahəsində fövqəladə vəziyyəti may ayında ləğv etdiyi üçün Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, eləcə də bir çox ştatlar artıq müsbət test nəticələrinin sayını izləmir.
İyunun əvvəlindən bəri COVİD-dən hər həftə təxminən 500-600 nəfər ölür. Keçmiş ölüm hallarının xəstəxanalara yerləşdirmələrdən geri qalmasına baxmayaraq, bu yay ölənlərin sayı sabit görünür.
Forum