Accessibility links

"Birləşmiş Ştatlar atam, Kuba isə anamdır" [Video]


"Birləşmiş Ştatlar atam, Kuba isə anamdır"
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Cessi Kalzado-Esponda təsadüfən qaçqın düşəndə cəmi 7 yaşı var idi. Bu, evsizlik və avtomobil qəzası kimi çətinliklərdən birincisi idi. Bütün bunlara baxmayaraq, o, heç vaxt ümidini itirmədi. Hazırda isə o, özünü Birləşmiş Ştatlarla Kuba arasında mədəni əlaqələr yaratmağa çalışan səfir adlandırır.

Cessi Kalzado-Espondanın Vaşinqton yaxınlığındakı ofisinin qarşısındakı bayraqlar onun hər iki ölkəni, həm ABŞ-ı, həm də Kubanı sevməsinə işarədir. “Mən Birləşmiş Ştatlarla Kubanı boşanmış valideynlərim kimi təsəvvür etmişəm. Birləşmiş Ştatlar atam, Kuba isə anam kimidir. Mənim işim onların arasında körpü yaratmaqdır, çünki mən onların hər ikisini sevirəm” deyə, Cessi Bildirir.

Birləşmiş Ştatlar 50 ildən çox bir müddət keçdikdən sonra Kuba ilə diplomatic əlaqələri bərpa etdikdə Cessi “Kuba ilhamı” adlı səyahət agentliyi açdı. “Hər şey yaxşıdır. Bizim ilk müştərilərimiz Kardaşyanlar oldu. Bizim müştərilərimiz arasında məşhurlar var, bizimlə kilsələr, qeyri-hökumət təşkilatları, korporasiyalar və məktəblər işləyir. Mən amerikalıları Kuba ilə tanış edirəm.”

Cessi Kalzado-Esponda Havanada, musiqini sevən bir aulədə doğulub. “Uşaq vaxtından musiqi mənim həyatımın bir hissəsi olub. Mənim yadımdadır ailəm gitaraları götürüb, küçəyə çıxar, mahnı oxuyub, rəqs edərdi.”

Onun xoşbəxt uşaqlıq həyatı 7 yaşında, onu təsadüfən Amerikaya gedən qayığa mindirdikdən sonra başa çatıb. “Mənim xalam Amerikaya gedirdi və biz onunla görüşməyə gedəndə qarşıqlıq oldu, bir anda mən nənəmlə birlikdə qayıqda idim.”

Onların qayığı Birləşmiş Ştatların Sahil Mühafizəsi tərəfindən xilas edilir və onlar Quantanamo hərbi bazasına göndərilir. Orada 6 ay qaldıqdan sonra Floridanın Tampa şəhərinə aparılır. “Mənim xalam intihar etdikdən sonra nənəmlə mən evsizlər üçün sığınacaqda yaşadıq.”

Həmin sığınacaqda müəllimi onun müsiqiyə olan istedadını görür və ona məktəbdə təqaüd almasına yardım edir. “Yavaş-yavaş, əlbəttə çətinliklə biz yenidən ayağa qalxdıq. İcmamız bizə çox yardım etdi.”

Məktəbi bitirdikdən sonra Cessi Vaşinqtona köçür və yaddaşının itməsinə səbəb olan avtomobil qəzasına qədər bir konqresmenin yanında işləyir. “Mən Allaha inanıram. Mən bu yerə çatmağım üçün uzun zaman tələb oldu.”

Təsadüfən qaçqın düşən Cessi 20 ildən sonra Kubaya qayıda bilib. “Təəssüflər olsun ki, mən Kubaya getməzdən bir gün əvvəl anam vəfat etdi. İlk dəfə mən bütün ailə üzvlərimlə anamın dəfn mərasimində görüşdüm. Bu, biz az kədərli səhnə idi.”

Hazırda isə Cessi Kalzado-Espondanın ilk ABŞ-Kuba gənclrinin xor müsabiqəsi də daxil edilməklə, marafonlar və digər tədbirlərdə aparıcılıq etmək kimi planları var.

XS
SM
MD
LG