Accessibility links

ABŞ: İranla 5 vətəndaşının azadlığına dair razılaşmaya riayət edilir


Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çərşənbə axşamı Birləşmiş Ştatlarən İranla beş ABŞ vətəndaşının azadlığa buraxılması ilə bağlı anlaşmanın davam edəcəyinə inandığını desə də, bunun nə qədər zaman alacağını bildirməyib.

İran avqustun 10-da həbsdə olan 4 ABŞ vətəndaşını ev dustaqlığına buraxıb və onlar artıq ev dustaqlığında olan beşinci vətəndaşa qoşulub. Bu razılaşmaya əsasən İran fondlarının Cənubi Koreyada dondurulan 6 milyard dollarlıq aktivləri azad etməsi və beş məhbusun İslam Respublikasını tərk etməsinə icazə verilməsi nəzərdə tutulub.

"İnanırıq ki, işlər İranla əldə etdiyimiz anlaşmaya uyğun olaraq gedir. Hələ atılması lazım olan addımlar olduğu üçün sizə açıqlayacaq dəqiq cədvəlim yoxdur. Amma inanırıq ki, hər şey öz yolunda gedirr" - deyə, Sallivan mətbuat konfransında jurnalistlərə bildirib.

Beş nəfərin İranı tərk etməsinə icazə verilməsi həftələr çəkə bilər. Bu, İranın nüvə proqramı və Tehranın regional şiə döyüşçülərə dəstəyi kimi məsələlərdə fikir ayrılığına malik olan Vaşinqton və Tehran arasında əsas qıcıqlandırıcı faktoru aradan qaldıracaq.

Avqustun 10-da İranın Evin həbsxanasını tərk etmələrinə icazə verilən İran mənşəli amerikalılar arasında iş adamları - 51 yaşlı Siyamək Namazi və 58 yaşlı Emad Şərqi, həmçinin Britaniya vətəndaşı, 67 yaşlı ekoloq Murad Tahbaz da var. Həbsxananı tərk edən dördüncü ABŞ vətəndaşı və artıq ev dustaqlığında olan beşinci şəxsin kimliyi açıqlanmayıb.

Forum

XS
SM
MD
LG