Accessibility links

Prezident Obama ABŞ-ın borcunu nəzarətdə saxlamaq üçün daha böyük ixtisarlar təklif edir


Prezident Obama ABŞ-ın borcunu nəzarətdə saxlamaq üçün daha böyük ixtisarlar təklif edir
Prezident Obama ABŞ-ın borcunu nəzarətdə saxlamaq üçün daha böyük ixtisarlar təklif edir

ABŞ prezidenti Barak Obama Amerikanın artan borcu ətrafında yaranmış vəziyyəti yüngülləşdirmək məqsədilə xərclərin azaldılması və bəzi vergi daxilolmalarını artırmaq üçün paket təqdim edib. Ağ Evin və Konqresdə yardımçıların bildirdiyinə görə, cənab Obama Konqres üzvlərilə bu gün görüşü zamanı ölkənin büdcə defisitinin azaldılması üçün məbləğin iki dəfə artılmasını təklif edərək, 4 trilyona çatdırılmasını təklif edəcək. Onlar bildirib ki, yeni paket sosial və tibbi sığorta sahələrində ciddi ixtisarları nəzərdə tutur. Ağ Ev və Konqresdə Respublikaçıların liderləri iki həftə bundan əvvəl ölkənin büdcə defisitinin gələn 10 il ərzində 2 triyon dollar azadılmasını nəzərdə tutan paket haqda razılığa gələ bilməmişdi.




XS
SM
MD
LG