Accessibility links

ABŞ qüvvələri Qırmızı dənizdə Husilərin altı dronunu məhv edib


ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) üsyançıların bölgədəki ikinci ticarət gəmisini batırdığını təsdiqlədiyi gün qüvvələrinin Qırmızı dənizdə İranın dəstəklədiyi Husi üsyançıları tərəfindən idarə olunan altı dronu məhv etdiyini bildirib.

CENTCOM yaydığı açıqlamada bildirib ki, qüvvələri 24 saat ərzində okean səthində 4 ekipajsız gəmini və 2 pilotsuz təyyarəni məhv edib.

Hesabatda ABŞ, koalisiya və ya ticarət gəmilərinin heç birində xəsarət və ya dağıntı olmadığı, lakin dronların qaçılmaz təhlükə yaratdığı müəyyən edildiyi deyilib.

Bu arada, dəniz rəsmiləri cümə axşamı iyunun 12-də Husiləri raketi ilə vurulan yük gəmisinin batdığını təsdiqləyiblər. Hücum nəticəsində gəmidə olan bir ekipaj üzvü həlak olub.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Agentliyi cümə axşamı bildirib ki, Yunanıstana məxsus "MV Tutor" kömür daşıyan gəminin "dənizin son bildirilən yerində qalıqları və neft görünüb". "Gəminin batdığı güman edilir" deyə, hesabatda bildirilib.

Hücumdan sonra gəmidə sızma müşahidə olunub və ekipaj gəmini tərk edib.

Husilər cümə axşamı 12 iyun hücumunun videosunu yayılayıb.

ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin bu ayın əvvəlində açıqladığı hesabatda ABŞ və tərəfdaşının təsirləri azaltmaq cəhdlərinə baxmayaraq, İranın Yəməndə dəstəklədiyi Husi militantlarının beynəlxalq gəmiçiliyə davamlı hücumları ticarət və yardım səylərinə zərər vurduğunu bildirilib.

ABŞ-ın regionda apardığı bir neçə ay davam edən kampaniyada Hərbi Dəniz Qüvvələri İkinci Dünya Müharibəsindən bəri ən intensiv dəniz döyüşləri ilə üzləşir. Ticarət və hərbi gəmilər demək olar ki, hər gün hücumlara məruz qalır.

2014-cü ildə Sənadakı hökuməti devirdikdən sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə müharibə edən Yəməndəki Husilər noyabr ayından bəri, dediklərinə görə, Qəzzada İsraillə müharibədə HƏMAS-a dəstək məqsədilə, Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə çox sayda pilotsuz təyyarələr və raketlərlə hücumlar həyata keçirib.

Forum

XS
SM
MD
LG