Accessibility links

İndoneziya prezidenti ASEAN sammitində liderləri gərginliyi azaltmağa çağırıb


İndoneziya prezidenti ASEAN sammitində liderləri gərginliyi azaltmağa çağırıb
please wait

No media source currently available

0:00 0:01:56 0:00

İndoneziya prezidenti ASEAN sammitində liderləri gərginliyi azaltmağa çağırıb

ABŞ, Çin və Rusiya arasında kəskinləşən geo-siyasi rəqabət fonunda İndoneziya prezidenti Coko Vidodo liderləri qəti şəkildə Cənub-Şərqi Asiyada gərginliyi azaltmağa və münaqişədən qaçmağa çağırıb.

Şərqi Asiya Sammitində İndoneziya prezidenti Coko Vidodo regionda onilliklər boyu davam edən sülh və rifahı davam etdirmək üçün sabitliyə ehtiyac olduğunu vurğulayıb. "Mən bütün Şərqi Asiya ölkələrinin liderlərini Şərqi Asiya Sammitini rəqabətin kəskinləşdirildiyi deyil, əməkdaşlığın gücləndirildiyi, əməkdaşlığın genişləndirildiyi bir yerə çevirmələrinə çağırıram"

Sammit Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını (ASEAN) və onun səkkiz tərəfdaşını bir araya gətirir.

ABŞ, Çin və Rusiya liderləri öz nümayəndələrini - vitse-prezident Kamala Harrisi, baş nazir Li Sianı və xarici işlər naziri Sergey Lavrovu göndərərək, toplantıda iştirak etməməyə qərar verib.

Harris və Li ASEAN liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirərək, ölkələrinin blokla əlaqələrinin gücünü vurğulayıb. ABŞ-ın vitse-prezidenti Kamala Harris: "Birləşmiş Ştatların Cənub-Şərqi Asiyaya və daha geniş mənada Hind-Sakit Okeana qarşı davamlı öhdəliyi var."

Çinin Baş naziri Li Sian: "Son 10 il ərzində Çin və ASEAN əl-ələ verərək, bir-birinin uğurlarına töhfə verib".

Sammit liderləri əsasən diqqəti Ukraynada müharibənin qlobal təsirinə, Şimali Koreyanın nüvə proqramına, Çinin Cənubi Çin dənizində artan hiddətinə və Myanmadakı böhrana yetirib. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş: "Cinsi zorakılıq, məcburi nikah və insan alveri də daxil olmaqla, qadın və qızların üzləşdiyi mövcud bərabərsizliklər və zəifliklər münaqişəni daha da dərinləşdirir".

Harris Cakartada keçirilən sammitdəki görüşlərini başa vuraraq, cümə axşamı Vaşinqtona qayıdıb. Prezident Co Bayden isə Hindistana, Dehlidə keçirilən G-20 Sammitinə gedir.

Forum

XS
SM
MD
LG