Accessibility links

Barak Obama ABŞ iqtisadiyyatının dirçəldilməsi yollarını axtarır


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar iqtisadiyyatının artımı və yeni işlərinin yaradılması məsələlərini bu həftə çıxışlarının başlıca mövzusu edir

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar iqtisadiyyatının artımı və yeni işlərinin yaradılması məsələlərini bu həftə çıxışlarının başlıca mövzusu edir. İqtisadiyyat noyabr ayında Konqresə seçkilərin əsas mövzusudur. Rəy sorğuları demokrat partiyasının bəzi üzvlərinin yenidən Konqresə seçilmək üçün çətinliklərlə qarşılaşdığını göstərir. Bu gün prezident Obama qısa bir müddətdə iş yerlərinin açılmasına xidmət edəcək yüksək sürətli qatarlar, şosse yolları və hava limanlarının inşası daxil olmqla nəqliyyat sahəsində layihələrə dair təkliflərini irəli sürüb. Bununla belə, administrasiyanın yüksək səviyyəli rəsmisi təkliflərin altı il bir müddəti əhatə etdiyini və 2011-ci ilə qədər yeni iş yerlərinin açılmayacağını bəyan edib.

XS
SM
MD
LG