Accessibility links

ABŞ prezidentliyinə namizədlər Yaxın Şərqlə bağlı oxşar fikirlərə malikdir [Video]


Yaxın Şərqdə vəziyyət prezidentliyə namizədlər demokrat Barak Obama və respublikaçı Mitt Romninin debatında diqqət mərkəzində olub

ABŞ prezidentliyinə namizədlərin xarici siyasət sahəsində müzakirə etdiyi başlıca məsələlərdən biri Şimali Afrikada və Yaxın Şərqdə vəziyyətdir.

Demokrat partiyasının Ağ Ev uğrunda mübarizədə namizədi prezident Barak Obama və onun Respublikaçılar partiyasından rəqibi Mitt Romni daxili siyasət məsələlərində böyük fikir ayrılıqlarına malik olsalar da, Yaxın Şərqdə vəziyyətə gəldikdə onların baxışları arasında böyük ziddiyyət yoxdur.

Hər iki namizəd Tunis, Liviya və Misirdə avtokratik hökumətlərin devrilməsi ilə nəticələnmiş Ərəb baharı kimi tanınan xalq hərəkatlarına dəstək bildirib. Prezident Obama sentyabrın 25-də BMT-də nitqində bunu bir daha nümayiş etdirdi: “Bütün dünya baş verənləri heyranlıqla izləyirdi. Birləşmiş Ştatlar isə dəyişiklik istəyən qüvvələri dəstəkləyirdi.”

Oktyabrın 8-i etdiyi çıxışı zamanı qubernator Romni prezident seçildiyi halda, ABŞ-ın ərəb ölkələrində demokratiya tərəfdarlarını dəstəkləməyə davam edəcəyini bildirmişdi: “Mən Ərəb baharının uzun bir qışa çevrilməməsi üçün resurslarımızın istiqamətləndirilməsində lazım olan səlahiyyət və məsuliyyəti verməklə, Yaxın Şərqdə bütün diplomatik və yardım səylərini təşkil etmək işini bir rəsmi şəxsə həvalə edəcəm.”

2012-ci ildə sentyabrın 11-də ABŞ-ın Liviyada Benqazidə konsulluğuna hücum zamanı Amerika səfiri Kristofer Stivens və üç başqa diplomat qətlə yetirilmişdir.

Mitt Romni namizədlər arasında ikinci debat zamanı prezident Obamanı Benqazidə baş vermiş hücumun mahiyyətinə onun sözlərilə, aydınlıq gətirmədiyinə görə kəskin tənqid etdi: “Bizim hücumun kortəbii nümayiş nəticəsində baş verdiyi deyil, terror aktı olduğunu bilməyimiz üçün bir neçə gün lazım oldu. “

Prezident Obama Benqazidə hücumla bağlı Mitt Romninin tənqidinə kəskin cavab verdi: “Qubernator, hücumdan bir gün sonra mən Ağ Evdə Amerika xalqına və bütün dünyaya baş vermiş hadisənin nə olduğunu aydınlaşdıracağımızı və bunun terror aktı olduğunu dedim.”

Hər iki namizəd Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən salmaq istəyən qüvvələrə dəstəyini bildirib və ABŞ hərbi qüvvələrinin münaqişəyə müdaxilə etməməli olduğunu fikrində razılığa gəlib.

Lakin prezident Obama deyib ki, müxalifətə dəstək silahlandırılmaya şamil olmur: “Biz bu işi kimə yardım etdiyimizi bildiyimizi və bizə, ya da müttəfiqlərimizə qarşı yönəldə biləcək qüvvələrə silah verməyəcəyimizi tamamilə aydın edərək görməliyik.”

Qubernator Romni son debatda silah məsələsində fərqli mövqedən çıxış etdi: “Mən onların silahlandırıldığına, özlərini müdafiə edə etmək, lakin eyni zamanda, Əsədi hakimiyyətdən sala bilmək üçün silaha malik olduqlarına əmin olmaq istəyirəm. Lakin bizim silahlı qüvvələrimizin müdaxiləsini görmək istəmirəm.”

Həm prezident Obama, həm qubernator Romni İsrailə müdafiə məsələsində, xüsusilə də İranın yəhudi dövlətinə hədələri qarşısında qətiyyət nümayiş etdirərək, son debatda fikirlərini ifadə etdilər.

“İsrail əsl dostdur. Bizim regionda ən böyük müttəfiqimizdir. Əgər İsrailə hücum olsa, Amerika İsraillə bir dayanacaq. Prezidentliyim müddətində mən bunu aydın etmişəm.”

Mitt Romni: “Mən Birləşmiş Ştatlar prezidenti olsam, prezident olduğum müddətdə biz İsraillə bir dayanacağıq. Əgər İsrailə hücum olsa, biz onlara arxa olacağıq, təkcə diplomatik, ya da mədəni baxımdan deyil, hərbi baxımdan da.”

Namizədlərin müzakirə etmədiyi bir məsələ isə ABŞ-ın İsrail-Fələstin münaqişəsinin nizamlanması istiqamətində səyləri oldu.

Brukins institutunda Yaxın Şərq məsələləri üzrə təhlilçi Xalid Elgindi deyir ki, 2003-cü ildə İraqda müharibə başlayandan sonra orada müşahidə edilən etnik və təriqət zəminində münaqişə prezidentliyə hər iki namizədə bir xəbərdarlıq olmalıdır ki, Vaşinqton nəticədə Ərəb baharına nəzarət etmək iqtidarında deyil: “Birləşmiş Ştatlar nəticəni müəyyən edə bilməz. Seçkilərə, üsyanlara, siyasi prosesə. Biz orada nə qalibi, ya məğlubu seçə bilər, nə də ki özümüz qalib kimi çıxa bilmərik.”

Elgundi deyir ki, bu ölkələrdə fərqli elementlər hökumət bütün təbəqələrin təmsil oldunduğu bir hökumət yaratmaq üçün siyasi və başqa fikir ayrılıqlarını aradan qaldırmağın yollarını tapmalıdır.

ABŞ seçkiləri - Yaxın Şərq
please wait

No media source currently available

0:00 0:04:06 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG