Accessibility links

ABŞ elçisi İsrail-Livan sərhədində düşmənçiliyə son qoyulacağına ümid etdiyini bildirib


Amos Hochstein (solda) və Livanın müvəqqəti baş naziri Nəcib Mikati
Amos Hochstein (solda) və Livanın müvəqqəti baş naziri Nəcib Mikati

ABŞ-ın rəsmi nümayəndəsi cümə axşamı Beyrutda Livan rəsmiləri ilə görüşdən sonra İsrail və Livan sərhədində üç aydır davam edən münaqişəyə son qoymaq üçün diplomatik həll yoluna ümid etdiyini bildirib.

Elçi Amos Hoxşteyn Livanın müvəqqəti baş naziri, xarici işlər naziri, ordu komandanı və parlamentin sədri ilə saatlarla görüş keçirib. O daha sonra jurnalistlərə "Mən qəti şəkildə inanıram ki, Livan xalqı mövcud böhranın daha da genişlənərək, münaqişəyə çevrilməsini görmək istəmir" deyib.

"Biz Livan xalqının Livanın cənubundakı evlərinə qayıtmasına imkan verəcək diplomatik həll yolu tapmalıyıq. Belə ki, İsrail xalqı da ölkənin şimalındakı evlərinə qayıda bilməlidir" - deyə, Hoxsşteyn bildirib.

İsrail ordusu və ABŞ-ın onilliklər boyu terror qruplaşması kimi tanıdığı Hizbullah militantları HƏMAS-ın 7 oktyabrda İsrailin cənubuna hücumundan sonra bir-birinə qarşı tez-tez hücumlar həyata keçirib.

İsrailin atəşə tutması nəticəsində Livanın cənubunda azı 25 mülki vətəndaş və İranın dəstəklədiyi Hizbullahın 140 döyüşçüsü, İsrailin şimalında isə azı 9 İsrail əsgəri və 4 mülki şəxs ölüb.

Hoxşteyn keçən həftə İsrailə döyüşlərlə bağlı müzakirələr məqsədi ilə gedib. ABŞ rəsmiləri İsrailin Qəzza zolağında HƏMAS militantları ilə müharibəsi ilə yanaşı, döyüşlərin Yaxın Şərqi daha bir qaynar nöqtəyə çevirəcəyindən ehtiyat edir.

O, ABŞ "diplomatik həll yolu görmək istəyir və bizim işimiz bunu əldə etməkdir" deyib.

İsrail münaqişəni dayandırmaq üçün diplomatiyaya şans verdiyini, bunun üçün də Hizbullah-ın sərhəddən geri çəkilməli olduğunu bildirib. İsrail ordusunun əks halda bu məqsədlərə çatmaq üçün hərəkətə keçəcəyi barədə xəbərdarlıq edib.

Hizbullah daha geniş müharibəyə başlamaq istəmədiyini, lakin İsrailin Livana daha geniş hücumlar edəcəyi təqdirdə geri çəkilməyəcəyini bəyan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG