Accessibility links

Dövlət Departamentinin qadın məsələləri üzrə xüsusi nümayəndəsi Melanne Verver Azərbaycana gəlir


Səfir Verver Qafqaz ölkələrində qadınların inkişafı və gender bərabərliyi məsələlərini müzakirə edəcək

ABŞ Dövlət Departamentinin qlobal qadın məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Melanne Verver Qafqaz və Şərqi Avropa ölkələrində gender bərabərliyi və qadınların inkişafı məsələlərini müzakirə etmək məqsədilə dörd ölkəyə səfəri çərçivəsində Azərbaycana gəlir.

Bakıda və Tbilisidə olduğu müddətdə səfir Verver hökumət rəsmilər və fəallarla Qafqaz bölgəsində qadınların qarşılaşdığı problemlərin həlli və ABŞ-ın bu qadınlar üçün imkanların genişləndirimləsinə dəstəyi məsələlərini müzakirə edəcək. O, regionda sülh səylərində fəallıq göstərən qadınlarla da görüşəcək.

Qafqazdan sonra səfir Verver Polşaya və Ukraynada səfər edəcək. O, Varşavada Ukrayna, Moldova və Belarus qadınlarının qatalacağı konfransda iştirak edəckə. Kiyevdə və Lvovda olduğu zaman isə səfir Verver qadınların ictimai bütün sahələrində iştirakı məsələlərini müzakirə edəcək.

Səfir Melanne Verver ABŞ Dövlət Departamentinin qlobal qadın məsələləri üzrı ofisinə rəhbərlik edir. Dövlət Departamentində bu post xarici siyasət məsələləri və dünya ölkələrində qadınların siyasi, iqtisadi və sosial inkişafı məsələlərini əlaqələdirmək üçün prezident Barak Obama tərəfindən yaradılmışdır.
XS
SM
MD
LG