Cümə axşamı Appalaçdakı leysan yağışların gətirdiyi dağıdıcı daşqınlar Kentukki ştatında suyun sürətlə artmasına, ən azı 15 nəfərin ölümünə və insanların xilas edilmək üçün damlara çıxmasına səbəb olub.
Dağların yamaclarından axan sular Kentukkinin şərq hissəsindəki evləri, iş yerlərini və yolları su altında qoyub. Vest Virciniya ştatının cənubu və Virciniya ştatının qərb hissələri də genişmiqyaslı daşqınlara məruz qalıb. Xilasedicilər sel suları altında qalan insanları xials etmək üçün helikopter və qayıqlardan istifadə ediblər.
Kentukkinin qubernatoru Endi Beşir cümə axşamı Twitterdə ştatda daşqın nəticəsində ölənlərin sayının 15-ə çatdığını bildirib. O, daha çox yağışa hazırlaşan bölgə üçün duaların davam etdirilməsini istəyib.
"Bir sözlə, bu hadisə sarsıdıcıdır. Və inanıram ki, bu, Kentukkidə ən azı çox uzun müddət ərzində yaşadığımız ən yaddaqalan, tələfatlı daşqınlardan biri olacaq" – deyə, Beşir günün əvvəlində qeyd edib.
Beşir Kentukki ştatında maddi ziyanın çox ola biləcəyi barədə xəbərdarlıq edib. Qubernator bildirib ki, məmurlar daşqından zərər çəkmiş sakinlərə ianələr üçün sayt hazırlayırlar.
Qubernator deyib ki, təhlükəli şərait və davam edən yağış cümə axşamı xilasetmə işlərinə mane olub.
"Hazırda kömək edə bilmədiyimiz bir çox insanımız var. Biz bunu edəcəyik" – deyə, o bildirib.
Şərqi Kentukki, Qərbi Virciniya və Vest Virciniya ştatının cənubunda son bir neçə gündə ildırımların bir neçə santimetrlik yağış yağdığı dağlıq bölgədə daşqınlar qeydə alınıb.
Ərazidə daha çox yağış gözlənilir, Milli Hava Xidməti cümə gününə qədər Vest Virciniya, Kentukki ştatının şərqi və Virciniya ştatının cənub-qərbində əlavə daşqınların mümkün ola biləcəyini bildirib. Sinoptiklər ən yüksək daşqın təhlükəsinin Qərbi Virciniyaya daha da şərqə doğru getməsinin gözlənildiyini bildirib.