Florida ştatında 22 milyondan çox insan yaşayır. Hər beş nəfərdən birinin yaşı 65-dən yuxarıdır. Təqaüdçüləri tez-tez isti hava, nisbətən aşağı yaşayış xərcləri və təqaüdçülər üçün bəzi icmalardakı həyat tərzi cəlb edir
Floridanın mərkəzində təqaüdçülərin “The Villages” icmasında yaşayan amerikalılar qocalıqlarını sakitcə keçməkdə maraqlı deyillər. Təqaüdçü Maykl Roş: "Mən rəqs etməyi sevirəm və orada hər gecə canlı əyləncə olduğunu gördüm. Bu mənim xoşuma gəldi. Üstəlik, istədiyiniz qədər, çox və ya az əylənə bilərsiniz."
((Ray Henry, Pittsburgh Native)]
"Qalx ayağa və buraya gəl. Bir neçə dostla görüş. Bir az rəqs et. Bir neçə içki iç. Yemək üçün gözəl yerlərdən birinə get və ertəsi gün qalx və bunu bir də et."
Təqaüdçü Rey Henri: "Hər şey təqaüdçülərin nə etmək istədikləri, özlərini necə hiss etdikləri, onları nəyin xoşbəxt etdiyi, hansı musiqini bəyəndiyimiz, maraqlarımızın nə olduğundan asılıdır."
Dünyanın ən böyük təqaüdçü icmalarından biri olan "The Villages"də 80 minə yaxın insan yaşayır. Burada qolf, onlarla klub və canlı əyləncə tədbirlərinin keçirildiyi meydançalar var. Təqaüdçü Loren Riçi: "İnsanlar onu yaşlı insanlar üçün Disney adlandırır. Bu əslində tam olaraq belədir. Və elə insan var ki, o cür mühitdə yaşamaq istəyir. Ailələri bir nömrəli olan başqa insanlar da var ki, onlar nəvələrinin yanında olmaq üçün şimalda qalmaq istəyir."
"The Villages"dən daha sakit bir yer axtaran yaşlı insanların ştatda yüzlərlə başqa seçimi var. Şeron Vuten: "Bizim seçim etmək üçün o qədər icmamız var ki, hər kəs özünə uyğun bir yer tapır. Bir icma birinə xoş gəlməyə bilər, amma başqası oranı bəyənə bilər".
Barbara Viz özünə Lisbirqdakı Hauthorn icmasını uyğun görüb. O, buraya iqlim, dostluq və özünü yenidən kəşf etmək imkanı əldə etmək üçün gəlib. "Burada idmandan, təsviri sənətdən, ifaçılıq sənətindən və kart oyunlarından tutmuş 100-dən çox əyləncə var. Bu icmalarda yaşlı insanların adətən yalnız gənclərin gördüyü işləri görmək imkanları var."
Özünü təhlükəsiz hiss etmək də mühafizə olunan bu icmalarda müsbət bir haldır. "Evlərimizdə düymələr var. Deməli, gecənin bir yarısı fövqəladə vəziyyət yaranarsa, düyməni basarsan, kimsə gəlib sizi yoxlayacaq və nə baş verdiyini görəcək" - deyə, Barbara Viz bildirir.
Ancaq əyləncənin sonu yaxınlaşır. Floridada 30 illik təqaüddən sonra Barbara Viz və onun 90 yaşlı həyat yoldaşı uşaqlarının yanında olmaq üçün Meynə qayıdır. "Gəlin dürüst olaq, əbədi sağlam qalmayacaqsıznız. Lazım olduğu vaxt ailəniz oradadır".
Köçdüyünə görə məyus olmaq əvəzinə, Viz 87 yaşında həyatında yeni bir fəsil açmağa həyəcanlanır.