Accessibility links

ABŞ qüvvələri husilərin gəmi əleyhinə raketinə zərbə endirib


Husi tərəfdarları Qəzza zolağında fələstinlilərə dəstək və ABŞ-ın Yəmənə qarşı hava hücumlarına qarşı mitinqdə iştirak edirlər. Səna, Yəmən, 26 yanvar, 2024.
Husi tərəfdarları Qəzza zolağında fələstinlilərə dəstək və ABŞ-ın Yəmənə qarşı hava hücumlarına qarşı mitinqdə iştirak edirlər. Səna, Yəmən, 26 yanvar, 2024.

ABŞ Mərkəzi Komandanlığı şənbə günü bildirib ki, qüvvələri husilərin nəzarət etdiyi ərazidə olduğunu, “Qırmızı dənizə yönəldilən və atılmağa hazır” olduğunu bildridiyi gəmi əleyhinə raketi vurub.

CENTCOM əvvəllər Twitter kimi tanına X-də yazıb ki, ABŞ qüvvələri “Yəmənin husilərin nəzarətində olan ərazilərindəki raketin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün “qabaqcıl təhlükə” yaratdığını müəyyən edəndən sonra raketi özünü-müdafiə məqsədilə məhv edib.

Cümə günü Ədən körfəzinfə ptarol çəkən USS Carney gəmisi husi raketi tərəfindən hədəf alınıb. Esmines raketi vurub, amma bu ilk dəfədir ki, ABŞ-ın hərbi gəmisi Yəməndə qərarghalnana üsyançılar tərəfindən hədəf alınır.

Neft tankeri Marlin Luanda-ya cümə günü axşam raket dəyib, nəticədə yanğın baş verib. Husilərin hərbi sözçüsü Yahya Sarea deyib ki, üsyançılar “bir sıra müvafiq dəniz raketlərindən istifadə ediblər, zərbə birbaşa olub.”

CENTOM məlumat verir ki, Britaniya neft tankeri təhlükə barədə xəbərdarlıq edib və ziyan dəydiyini bildirib. USS Carney digər gəmilərlə birlikdə cavab verərək, kömək təklif edib. Yaxın Şərqdəki ABŞ qüvvələrinə nəzarət edən CENTCOM-un məlumatına görə, xəsarət alanlar barədə məlumat verilməyib.

Bundan əlavə cümə günü Panama bayrağı altında üzən Hindistana məxsus neft məhsulları tankeri Yəmən yaxınlığında Qırmızı dənizdən keçərkən suda iki raketin partladığını xəbər verib. Hər hansı xəsarət və ya ziyanın olmadığı bildirilib.

Cümə günü edilən bu hücumlar Britaniya və Birləşmiş Ştatların Yəməndə İranın dəstəklədiyi üsyançıların obyektlərinə yeni zərbələr endirməsindən bir həftə sonraya təadüf edir. ABŞ ordusu bildirib ki, həmin zərbələr radar obyektlərini, raketlərin buraxılş obyektlərini və ən əsası yeraltı silah anbarını hədəf alıb.

Husilər noybar ayından bəri Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərən hərbi və kommersiya gəmilərinə hücumlar edir. Onlar bu hücumları İsraillə münaqişədə olan fələstinlilərə dəstək məqsədilə apardıqlarını bildirib.

ABŞ bildirir ki, husilər beynəlxalq təchizat zəncirlərini və naviqasiya hüququ və azadlıqlarını pozub.

Forum

XS
SM
MD
LG