Accessibility links

ABŞ generalı: "Əfqanıstan ən ciddi problem ordudakı korrupsiyadır"


ABŞ generalı, Əfqanıstanda beynəlxalq qüvvələrin komandiri Con Nikolson bildirib ki, Əfqanıstanın üzləşdiyi ən böyük problemlər idarəçilik və Əfqan ordusundakı korrupsiyadır.

"Bu, Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir hissəsinə bulaşıb və şərait əsgərlərin döyüş bölgəsində özünəinamının zəifləməsinə gətirib çıxarıb" - deyə Nikolson Pentaqonda verdiyi açıqlamada bildirib.

Rüşvət Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir hissəsinə bulaşıb və şərait əsgərlərin döyüş bölgəsində özünəinamının zəifləməsinə gətirib çıxarıb.
Con Nikolson

Generalın sözlərinə görə, təchizat sistemindəki effektivsizlik və korrupsiya bəzi əfqan əsgərləri susuz, qidasız və hətta silah-sursatsız qalması ilə nəticələnib.

Nikolson deyib ki, o, bu problemlər barədə Əfqanıstanın ordu rəsmiləri və hökumət liderləri ilə çox səmimi söhbət aparıb. General habelə korrupsioner liderlərinin əvəzlənməsi də daxil olmaqla qış kampaniyası ərzində diqqətini bu problemlərin həllinə yönəldəcəyini bildirib.

Əfqanıstan qüvvələri əhalinin təxminən üçdə ikisinə nəzarəti hələ də əlində saxlasa da, bi rəqəm sentyabrın ayından bəri bir qədər azalıb. Belə ki, əvvəlki göstərici 68 faiz olsa da, indi bu rəqəm 64 faiz təşkil edir.

Nikolsonun sözlərinə görə, bu azalma Talibanın daha çox ərazi ələ keçirməsi ilə bağlı deyil. Sadəcə əhali mübahisəli ərazilərdə daha çox artıb. Taliban isə ölkə əhalinin cəmi 10 faizinə nəzarət edir.

O bildirib ki, əfqan əsgərlər Talibanın hücumlarının qarşısını ala bilib.

Taliban artıq kütləvi hücum həyata keçirmək qabiliyyətini itirib və əsasən hazırda yoxlama məntəqələrində kiçik-miqyaslı hücumlar həyata keçirir. Bu da yerli əhali arasında təşvişə səbəb olur.

XS
SM
MD
LG