Accessibility links

Demokrat senator Rafael Uornok Corciya ştatındakı seçkilərin ikinci turunda qalib gəlib

Demokrat senator Rafael Uornok çərşənbə axşamı Corciya ştatında keçirilən seçkilərin ikinci turunda Respublikaçı rəqibi Herşel Uokeri məğlub edərək, prezident Co Baydenin hazırkı müddətinin qalan hissəsi üçün Demokratların Senatda tam əksəriyyət əldə etməsini təmin edib.

Uornokun uzun illər ərzində ikinci turdakı qələbəsi ilə Demokratlar Senatda 51-49 səs çoxluğuna sahib olacaq və Con Fettermanın Pensilvaniyadakı qələbəsi ilə hazırkı 50-50-dən bir yer qazanacaq. Beləliklə, Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti cüzi səslə qələbə əldə etməklə, hökumət bölünmüş olacaq.

53 yaşlı Uornok şəhərin mərkəzindəki Atlanta otelinin zalına toplaşan tərəfdarlarına "Çətin mübarizədən sonra, ya da kampaniyalardan sonra demokratiyada indiyə qədər deyilmiş ən güclü dörd sözü - "Xalq dedi" demək mənim üçün şərəfdir" deyib.

"Mən tez-tez deyirəm ki, səsvermə bir növ özümüz və uşaqlarımız üçün arzuladığımız duadır" - deyə, baptist din xadimi və ştatın ilk qaradərili senatoru Uornok bildirib.

Keçən ay keçirilən seçkilərdə Uornok, demək olar ki, 4 milyon seçici arasından 37 000 səslə Uokerdən önə çıxıb, lakin ikinci turdan qaçmaq üçün lazım olan 50%-lik həddi keçə bilməyib.

Corciya Universitetində və NFL-də futbol əfsanəsi olan Uoker iki keçmiş sevgilisinin abortu üçün pul ödədiyi iddiaları da daxil olmaqla, bir çox zərərverici iddiaların öhdəsindən gələ bilməyib. Lakin o, abort qadağasını dəstəkləyirdi.


XS
SM
MD
LG