Gallup şirkəti 2021-ci il üçün ABŞ-ın qlobal liderliyi reytinqi rəqəmlərini açıqlayıb. Sorğu Rusiyanın Ukraynanın işğalından öncə keçirildiyindən, son aylarda baş verə biləcək rəy dəyişiklikləri nəzərə alınmayıb. Bütövlükdə sorğuda 116 ölkə iştirak edib.
ABŞ-ın qlobal etimad reytinqi 2021-ci ildə 45 faiz təşkil edib. 2020-ci ildə bu rəqəm 30 faiz idi. Co Baydenin prezidentliyinin ilk ilində ABŞ-ın etimat reytinqi sabiq prezident Donald Trampın dörd illik hakimiyyəti dövründə olan rəqəmlərdən (30-33%) əhəmiyyətli dərəcədə çoxdur. Sabiq prezident Barak Obamanın hakimiyyətinin son ilində isə bu rəqəm 48 faiz idi.
Avropada ABŞ-ın etimad reytindi öncəki illə müqayisədə iki dəfə artıb. 2020-ci ildə avropalıların 20 faizi ABŞ-a etimad göstərdiyi halda, 2021-ci ildə bu rəqəm 41 faiz təşkil edib.
Bəzi ölkələr üzrə ABŞ-a etimad reytinqi rəqəmlərini sizlərə təqdim edirik.