Accessibility links

ABŞ-ın Ali Məhkəməsi Quantanamo məhbuslarının müraciətini rədd edib


Guantanamo, gitmo
Guantanamo, gitmo

ABŞ-ın Ali Məhkəməsi Birləşmiş Ştatların Kubada Quantanamo hərbi həbsxanasında saxlanmalarına etiraz edən xarici məhbusların yeni müraciəti əsasında dinləmələrin keçirilməsini rədd edib.

Ali Məhkəmə dörd il bundan əvvəl məhbusların saxlanmalarına etiraz edə bilməsinə yol açdıqdan sonra iyunun 11-də onların müraciətinə baxılmamaq haqda qərar verib.

Məhbusların vəkilləri apellyasiya məhkəməsinin Ali Məhkəmənin Boumedieynne Buşa qarşı qərarına əhəmiyyət verməyərək, nə heç bir məhbusun azad edilməsinə dair qərar çıxarmaması, nə də daha aşağı məhkəmələrdə onların azad edilməsinə dair qərarın yerinə yetirilməsindən imtina etməsi ilə bağlı şikayət edib.

Ali Məhkəmənin hakimləri onların müraciəti rədd etməsi ilə bağlı şərh verməyib.

Hazırda Quantanamo həbsxanasında 160 məhbus saxlanır.

XS
SM
MD
LG