Accessibility links

ABŞ-da silahlara nəzarət məsələsində hələ də konsensus əldə edilməyib


ABŞ-ın Milli Silah Assosiasiyası Konnektikut ştatının Nyutaun şəhərindəki Sandy Hook məktəbində 26 nəfərin ölümülə nəticələnmiş faciədən sonra kütləvi qətliamların qarşısının alınması yollarının tapılması məsələsində ortaq bir fikrə gələ bilmədiyini nümaiyş etdirir. Faciə ilə əlaqədar kəskin tənqidlərə baxmayaraq, təşkilatın silah nəzarət məsələsində mövqeyi dəyişməz olaraq qalır.

NBC tele-şirkətinə müsahibə zamanı Milli Silah Assosiasiyasının başçısı Veyn LaPyerin ölkənin hər yerində məktəblərdə silahlı gözətçilərin yerləşdirilməsini təklifi ilə çıxış etməsi bütün xəbər başlıqlarında yer alıb. LaPyer silah satışlarına məhdudiyyətlər qoyulması, ya da odlu silahların qadağan edilməsi kimi ölçülərin heç biri il razılaşmayaraq, silahlara nəzarə dəstək vermədiyini deyib.
ABŞ qanunvericiləri Milli Silah Assosiasiyasının başçısının bu açıqlamalarını tənqid edərək, məktəblərdə silahlı mühafizəçilərin yerləşdirilməsi fikri ilə qətiyyən razı olmadıqlarını deyiblər.

Silah daşınması tərəfdarları ABŞ Konstitusiyasının ikinci düzəlişəşinə işarə edir. Bu düzəlişə əsasən vətəndaşlara silah daşımaq hüququ verilir. Amerikanın ədliyyə sistemi uzun zamandır bu hüququn məhdudlaşdırılmasının birbaşa konstitusiya ilə verilmiş hüquqlarla bağlı olması məsələsi ilə qarşılaşır.

Sandy Hook məktəbində faciədən sonra silah daşınması hüququnu müdafiə edən bir sıra qanunvericilər də məsələ ilə bağlı mövqelərinin dəyişdiyini bildirir. Lakin bəzi qanunvericilər məsələnin həllinin ikinci düzəlişin dəyişdirilməsində olmadığını deyirə

Prezident Barak Obama əvvəlki çıxışlarında ABŞ-da bu məsələ ətrafında dialoq aparılmasına uzun zamandır ehtiyac olduğunu qeyd edib. Prezident Obama vitse-prezident Co Baydeni silah işlənilməsi ilə bağlı zorakılıqların qarşısının alınması üzrə dövlət komissiyasının sədri təyin edib. Lakin cənab Obama qeyd edib ki,
dəyişikliyə nail olmaq üçün Amerika xalqı fəaliyyətə keçmək tələbi ilə çıxış etməli və məsələnin həllinə özü fəal şəkildə cəlb olmalıdır.

ABŞ-da təxminən 300 milyon şəxsi silah mövcuddur.
XS
SM
MD
LG