Accessibility links

ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı 2015-ci il hesabatı [Video]


Dövlət Departamentinin insan haqları ilə bağlı 2015-ci il hesabatı
please wait

No media source currently available

0:00 0:01:50 0:00

ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı 2015-ci il hesabatında terrorçu qruplar tərəfindən dünya boyu törədilən vəhşiliklər və hökumətlərin vətəndaş cəmiyyətlərini əzməsi kimi qlobal böhranlardan danışılır. Lakin hesabatda bəzi nailiyyətlərin də aldə edildiyi vurğulanır.

İslam Dövləti qrupunun Suriya və İraqda qətliam kampaniyası, Avropa və Yaxın Şərqdə qaçqın böhranı kimi hadisələrə görə 2015-ci il insan haqlarının kobud şəkildə pozulduğu il kimi yadda qaldı.

ABŞ dövlət katibi Con Kerri baş verənlərə görə narahatlıq hissi keçirdiyini deyir. “2015-ci ili ən çox dəhşətli edən Yaxın Şərqdə terrorizmin vüsət alması və Suriyadakı böhran oldu.”

Hesabatda Afrikada radikallar tərəfindən törədilən vəhşiliklərdən danışılır. Boko-Haram və Əl-Şabab kimi qruplaşmaların fəaliyyətini dayandırmaq üçün yaxşı idarəçiliyə ehtiyac olduğu vurğulanır.

Dövlət Departamentinin hesabatında Çin, Türkiyə, Rusiya, İran və Kuba daxil edilməklə, medianın, vətəndaş cəmiyyətlərinin və tənqidçilərin təzyiqlərə məruz qaldığı ölkələrin adı çəkjilir. Bütün bunlarla yanaşı hesabatda inkişafların da olduğu qeyd edilir. “Biz Tunis, Nigeriya, Şri-Lanka və Birma kimi ölkələrin hər birində hələ də problemlərin olmasına baxmayaraq, ciddi demokratik dəyişikliklərin şahidi olmuşuq. Problemlərin həlli üçün isə biz bu ölkələrlə yaxından əməkdaşlıq edirik”, deyə, cənab Kerri bilririr.

Birləşmiş Ştatların yüksək səviyyəli rəsmisi bu hesabatı Vaşinqtonun xarici yardımlarına dair məlumatlandırma kimi qiymətlənirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG