Accessibility links

ABŞ-da sənədsiz mühacirlərə hüquqları öyrədilir [Video]


ABŞ-da sənədsiz mühacirlərə hüquqları öyrədilir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ-da sənədsiz mühacirlərə hüquqları öyrədilir

ABŞ-ın bir çox hissəsində yerli qruplar sənədsiz mühacirlərə hüquq-mühafizəçiləri tərəfindən saxlanılacaqları təqdirdə necə davranacaqlarını və hüquqlarını öyrədirlər. Bu missiya xüsusilə mühacirət məsələsində sərt olacağını açıqlayan Donald Trampın prezident seçilməsindən sonra daha mühüm əhəmiyyət kəsb edir. Amerikanın Səsi Vaşinqton yaxınlığındakı Merilend ştatının Hyattsvil şəhərində immiqrantlara hüquqlarını öyrədən seminara qatılıb.

Təlimçi auditoriyanın diqqətini cəlb etmək üçün ciddi cəhd göstərir. Hyattsvildəki seminarın sponsoru CASA De Merilenddir.

100-ə yaxın adamın qatıldığı təlim sessiyasında iştirakçılara immiqrasiya reydi və ya həbs zamanı özləri və ailə üzvlərini necə qorumaları öyrədilir.

CASA rəsmiləri sənədsiz mühacirlərin məlumatlı olmasını və onların ABŞ-ın hər yerində eyni konstitusional hüquqa sahib olmasını bilməsini istəyir.

Hamımız bu haqları və onlara necə əməl etməyi bilməliyik: Danışmamaq hüququ. Həbs olunacağı təqdirdə vəkillə təmin edilmə hüququ. Eləcə də yalnız adını və Merilend ştatında yaşadığını bildirmək. Bundan başqa heç bir məlumat vermək məcburiyyətində deyilsən.
CASA de Merilent təşkilatının nümayəndəsi

"Hamımız bu haqları və onlara necə əməl etməyi bilməliyik: Danışmamaq hüququ. Həbs olunacağı təqdirdə vəkillə təmin edilmə hüququ. Eləcə də yalnız adını və Merilend ştatında yaşadığını bildirmək. Bundan başqa heç bir məlumat vermək məcburiyyətində deyilsən" - deyə CASA de Merilend təşkilatından Alma Kuvorti bildirir.

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp qeyri-qanuni mühacirətlə mübarizə aparacağına söz verib. O, deyib ki, Meksika ilə sərhədə divar tikəcək və milyonlarla qeyri-qanuni mühaciri ölkədə deportasiya edəcək.

"Trampın çoxlu səlahiyyəti var. Bu, bizi qorxudur" - deyə sənədsiz mühacir Mariya Herrera bildirir.

Mariya Herrera DACA kimi tanınan Gənc Yaşda Gələnlər Müstəsna Aktına düşənlərdəndir. Prezident Obamanın sərəncamı ilə uşaq olarkən ABŞ-a gəlmiş milyonlarla sənədsiz mühacir deportasiyadan qorunur. Herrera deyir ki, Tramp öz imzası ilə bunu məhv edə bilər: "Mənim onun edəcəklərinə dair narahatlıqlarım var. Əgər bir gün bunu ləğv etmək qərarına gəlsə, bir çox ailələr bir-birindən uzaq düşəcək. Bilmirəm. Bu gün də bura gəldim ki, məlumatlanım. Mənim çox məlumatım yoxdur, ancaq onlar bilir".

Den Steyn Amerika Mühacirət İslahatları Federasiyasının prezidentidir. O, hazırda Mariya Herrera kimi insanlar üçün yaxşı vaxt olmadığını deyir. Ancaq Steynin sözlərinə görə, CASA-nın keçirdiyi seminarlar kimi təlimlər hüquq-mühafizəçilərinin işini çətinləşdirir.

Bu mənim ölkəmdir. Burada doğulmasam da, burada böyümüşəm. Bura mənə doğmadır. Özümü başqa yerdə görmürəm. Heç bir qorxum da yoxdur.
Sənədsiz mühacir

Bəziləri Trampın basqılarını gözləsə də, digərləri deyir ki, ən yaxşısı o, hakimiyyətə gələnədək daha çox məlumatlanmaqdır.

Sənədsiz mühacir Hose Manuel Perez: "Bu mənim ölkəmdir. Burada doğulmasam da, burada böyümüşəm. Bura mənə doğmadır. Özümü başqa yerdə görmürəm. Heç bir qorxum da yoxdur”.

Tramp 2012-ci ildən möcvud olan DACA-ya daxil olan 741 min insana simpatiya ifadə edib. Ancaq o, hələ də proqramın ləğvini düşünmədiyini bildirməyib.

XS
SM
MD
LG