Respublikaçı və Demokrat senatorlardan ibarət 8 nəfərlik qrup Birləşmiş Ştatların mühacirət sistemində dəyişikliklər edilməsi ilə bağlı plan hazırlayıb. Mühacirətə dair əhatəli plannın qəbulu mübahisələrlə müşayiət olunub və nəticə verməyib. Lakin hər iki partiyadan olan ABŞ senatorları mühacirətlə bağlı qanunun əsas prinsiplərində dəyişikliklər edilməsinə dair razılığa gələcəklərini bildiriblər. Demokrat senator Çarls Şumer jurnalistlərə bu məsələ ilə bağlı əhvali-ruhiyyənin dəyişdiyini deyib. “İlk dəfə olaraq bunun əleyhinə çıxmaq onu dəstəkləməkdən daha risklidir.”
Ekzit-Polla görə, president seçkiləri zamanı 71 faiz ispan mənşəlilər Barak Obamaya, 27 faiz isə Respublikaçı namizəd Mit Romniyə səs verdi. Cənab Romni qeyri-qanuni mühacirlərin özlərinin ölkəni tərk etməli olduğunu deyirdi.
Respublikaçılar qeyri-qanuni mühacirlərə Green Card və ya vətəndaşlıq verməzdən əvvəl sərhəddə nəzarətin gücləndirilməsini və viza məsələsində ciddi dəyişikliklər edilməsini tələb edirlər.
Respublikaçı senator, Kuba mənşəli Marko Rubio da sərhədə və vizalara ciddi nəzarətin tərəfdarıdır. “Mən məmnunam ki, bu prinsiplər təkcə bizim mühacirət qanunlarımızın icarəsını tənzimləmir, o həm də məsələnin köklü həllinə xidmət göstərir.”
Bu plana əsasən qeyri-qanuni mühacirlər evlərinə dönməzdən əvvəl qanuni sənədlə təmin edilə bilər. Respublikaçı senator Con Makkeyn milyonlarla insanın deportasiya qorxusu altında yaşadığını deyir. “Biz uzun müddətdir bu insanlara otlarımızı biçməyə, evlərimizi yığışdırmağa, bizə qulluq etməyə, hətta uşaqlarımızı saxlamağa imkan vermişik, lakin onların bizim ölkə üçün etdikləri bu yaxşı işlərə görə onlara heç bir imtiyaz verməmişik.”
İnsan Haqları və Əmək Təşkilatları bu bəyanatı alqışladı. Mühacir hüquqlarının müdafiəçisi Veronika Saravia məktəbdə getməsinə icazə verilən bacısı Diananı göstərir. “İndi o, əhatəli mühacirət planının həyata keçirilməsi uğrunda mübarizə aparır, çünki o, ailəsinin bir yerdə olmasını istəyir.”
Konqresin bəzi üzvləri artıq yeni plana qarşı çıxıb. Respublikaçı senator Ceff Sessions bu təşəbbüsə skeptik yanaşır. “Mən əməkdaşlarıma xəbərdarlıq etmək istəyirəm ki, bu, qanun layihəsi deyil.”
Prezident Barak Obama isə bu planı alqışlayıb və özünün planını təklif etməyə hazırlaşır.