Accessibility links

Amerikanın Səsi İranda qadağan olmuş filmi yayımlayıb



Amerikanın Səsi iranlı kürd kino-rejissor Bəhmən Qubadinin 2012-ci ildə çəkdiyi “Kərgədan Mövsümü” filmini İranda göstərilmək üçün peyk vasitəsilə yayımlayıb. İranda yaymlanması qadağan olan film Amerikanın Səsinin veb səhifəsində də yerləşdirilib.

Bəhmən Qubadi Amerikanın Səsinin filmi İranda yayımlamasını mühüm hadisə kimi qarşılayıb. Kino-rejissor deyib ki, Tehran hökuməti tərəfindən qoyulmuş senzura filmin ölkədə nümayiş etdirilməsinə imkan vermir.

“Kərgədan Mövsümü” 1979-cu ildə İslam İnqilabı dövrü həsb edimliş iranlı kürd şair Sahelə həsr edilib. Film Sahelin həbs olduğu illər onun öldüyünü düşünən ailəsini tapmaq üçün keçdiyi yoldan bəhs edir.

Bəhmən Qubadi filmin nümayiş etdirilməsi hüququnu Amerikanın Səsinə verib. Bu, kino-rejissorun 2009-cu ildə İranı tərk etməsindən sonra çəkdiyi ilk filmdir.

“Kərgədan Mövsümü” 2012-ci il Asiya Sakit okeanı Kino mükafatı və San Sebastian Beynəlxalq kino-festivalının mükafatına layiq görülüb. Filmdə baş rolları italyan aktrisa Monika Beluççi (Sahelin həyat yoldaşı) və xaricdə yaşayan tanınmış iranlı aktyor Behruz Vossuqi (Sahel) ifa edirlər. Çəkilişləri İstanbulda aparılan filmdə digər rollarda iranlı və türk aktyorlar, o cümlədən Türkiyədə tele-seriallardan tanınmış aktrisa Beren Saat çəkiliblər.


XS
SM
MD
LG