Accessibility links

ABŞ İranı Qəzzadakı müharibəyə qarşı etirazların istismarında ittiham edib


ABŞ kəşfiyyatının rəhbəri çərşənbə axşamı İranı nümayişçilərə pul ödəmək də daxil olmaqla, Birləşmiş Ştatlar daxilində Qəzzadakı müharibəyə qarşı etirazların istismarında ittiham edib.

Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Haynes amerikalıların İsrailə və ya ABŞ siyasətinə qarşı küçələrə çıxmasının qeyri-səmimi olduğunu və ya İranın göstərişlərinə görə hərəkət etdiklərini iddia etmədiyini, lakin Tehranın səylərini artırdığını deyib.

"Son həftələr İran hökumətinin nümayəndələri illər ərzində istifadə etdikləri oyunlarla Qəzzadakı müharibə ilə bağlı davam edən etirazlardan fürsətçi şəkildə yararlanmağa çalışır" - deyə, Haynes bildirib.

Haynes "Biz İran hökumətinə bağlı aktorların internetdə özlərini fəal kimi təqdim etdiklərini, etirazları təşviq etməyə və hətta etirazçılara maliyyə dəstəyi verməyə çalışdıqlarını müşahidə etdik” deyib.

"Müxtəlif fikirləri azad, lakin dinc yolla ifadə etmək demokratiyamız üçün vacibdir. Lakin qanunlarımızdan öz məqsədləri üçün istifadə etməyə çalışan xarici aktorları xəbərdar etmək də vacibdir" deyə, o bildirib.

İranın ruhani hökuməti oktyabrın 7-də İsrailə qarşı kütləvi hücum həyata keçirən və bundan sonra İsrailin Qəzza zolağına amansız hücumuna səbəb olan Fələstinin HƏMAS militantlarını dəstəkləyir.

İran dövlətinin dəstəklədiyi media ABŞ kampuslarını bürüyən Fələstin tərəfdarı etirazları işıqlandırıb və ABŞ-ı bəzi nümayişləri yatırarkən ikiüzlülükdə ittiham edib.

1979-cu il İslam İnqilabından və qərbyönlü şahı devirəndən bəri ABŞ-ın qatı düşməni olan İran tez-tez Qərbdəki müxalif səsləri hədəf almağa çalışmaqda ittihamı ilə üzləşir.

ABŞ dəfələrlə yalançı sosial media yazıları da daxil olmaqla, Çinin, xüsusilə də Rusiyanın dezinformasiya kampaniyalarını pisləyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG