Accessibility links

ABŞ İranın xarici işlər nazirinin Vaşinqtona səfər etmək xahişini rədd edib


İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian

Birləşmiş Ştatlar bazar ertəsi bildirib ki, ABŞ vətəndaşlarının həbsləri də daxil olmaqla, Tehranın atdığı addımlarla bağlı narahatlıqlara işarə edərək, İranın xarici işlər nazirinin keçən həftə Vaşinqtona səfər etmək xahişini rədd edib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasından sonra İranın maraqlarını təmsil edən konsulluq bölməsini ziyarət etmək üçün Vaşinqtona getmək istədiyi bildirilir.

"Onlar bununla bağlı müraciət edib və Dövlət Departamenti bunu rədd edib", mətbuat katibi Metyu Miller jurnalistlərə bildirib.

"Bizim İran rəsmilərinin və digər xarici hökumətlərin rəsmilərinin BMT-də işləri üçün Nyu-Yorka getməsinə icazə vermək öhdəliyimiz var. Lakin biz imonların Vaşinqtona səfər etməsinə icazə vermək kimi öhdəliyimiz yoxdur", o deyib.

"İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etdiyini, İranın terrorizmə dövlət səviyyəsində sponsorluq etdiyini nəzərə aldıqda, biz bu istəyin yerinə yetirilməsini nə məqsədəuyğun, nə də zəruri hesab edirik" - deyə, Miller bildirib.

Keçən həftə İran məhbus mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşına ölkəni tərk etməsinə icazə verib. ABŞ mübadilə çərçivəsində eləcə də Cənubi Koreyadan İranın dondurulmuş 6 milyard dollar vəsaitinin Qətərdəki hesaba köçürülməsini də təşkil edib.

Dövlət katibi Antoni Blinken məhbus mübadiləsinin İranın mübahisəli nüvə proqramına dair danışıqların bərpası kimi daha geniş diplomatik addımlara gətirib çıxara biləcəyi ilə bağlı fərziyyələri rədd edib.

Amwaj.media xəbər saytı Əmir-Abdullahianın Vaşinqtona səfər etmək istəyi barədə ilk olaraq məlumat yayıb. Bu, son 14 ildə İranın xarici işlər nazirinin ilk belə səfəri olardı.

Anonim mənbələrə istinad edilən məlumatda Əmir-Abdullahianın konsulluq əməliyyatlarını şəxsən nəzərdən keçirmək istədiyi, lakin onun məqsədinin "müsbət xəbər başlıqları yaratmaq" ola biləcəyi bildirilib.

Birləşmiş Ştatlarla İran arasında əlaqələr 1979-cu ildə qərbyönlü şahın devrildiyi inqilabın ardınca İslam inqilabçılarının ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirərək, diplomatları 444 gün müddətinə girov götürməsindən sonra kəsilib.

İranın Vaşinqtondakı maraqlarını təmsil edən konsulluq bölməsi rəsmi olaraq Pakistan bayrağı altında fəaliyyət göstərir.

Razılığa əsasən Birləşmiş Ştatlar BMT-yə ev sahibi edən ölkə kimi bütün üzv dövlətlərin nümayəndələrinin Nyu-Yorka gəlməsinə icazə verir, lakin düşmən hesab edilən bəzi dövlət rəsmilərinin şəhərdən kənarda hərəkətini məhdudlaşdırır.

Forum

XS
SM
MD
LG