Accessibility links

ABŞ senatoru İranı Amerika banklarına qarşı internet hücumlarında ittiham edib


Senator Libermanın ABŞ banklarının veb səhifəlrində problemlərin arxasında İranın İnqilabi qvardiyasının dayandığına inanır


ABŞ Senatında Daxili Təhlükəsizlik komitəsinin başçısı senator Cozef Liberman Amerika banklarına qarşı bu həftə internet məkanında hücumların arxasında İranın durduğunu inandığını deyib.

ABŞ-ın C-SPAN tele-şirkətinə verdiyi müsahibədə Konnektikut ştatını təmsil edən senator deyib ki, o, JP Morgan maliyyə şirkəti və Amerika bankının veb səhifələrində problemlərin İranın İnqilabi qvardiyası tərəfindən yaradıldığını düşünür. Senator Liberman bunun sadəcə hakerlərin işi olduğuna inanmadığını bildirib.

Senatorun fikrincə, bu hücumlar ABŞ və Avropa müttəfiqlərinin İranın mübahisəli nüvə proqramına görə ölkənin maliyyə təsisatlarına qarşı tətbiq edilmiş sanksiyalara cavab olaraq həyata keçirilib.

Şənbə günü Senatda İranın atom silahları istehsal edə bilməsi əleyhinə qətnamə qəbul edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG