Accessibility links

ABŞ: İraq və Suriyada 64 mülki vətəndaş həlak olub


ABŞ ordusunun bildirdiyinə görə, İraq və Suriyada çərşənbə günü İŞİD-ə qarşı əməliyyatlar nəticəsində 64 mülki vətəndaş həlak olub, 8-i yaralanıb.

ABŞ-ın Mərkəzi Komandanlığının açıqlaması öldürülənlərin rəsmi sayını 119, yaralananların isə 37 nəfər olduğunu göstərir.

İnsan haqları müdafiəçiləri və müşahidəçilər bu göstəricilərin daha yüksək olduğunu bildirir.

Amnesty International-ın oktyabr ayı hesabatında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin təkcə Suriyada 300 mülki adamın ölümünə səbəb olduğu bildirilib.

Koalisiya qüvvələrinin hava hücumlarının 3-də 2 hissəsi Amerikanın payına düşür.

Tələfat göstəricilərinə Suriyanın iyul ayı hücumlarının qurbanları daxil deyil. İnsan haqları qrupları hücumlar zamanı 50-dən çox adamın öldürüldüyünü bildirsə də, ABŞ ordusu təhqiqatların hələ də davam etdiyini deyir.

2014-cü ildən ilk hava kampaniyası başlandığından bəri günü 12 milyon dollara başa gələn hava zərbələrinin sayı 16 min təşkil edir. Oktyabr ayında koalisiya İraq və Suriyada gündəlik hücumların sayının 10 olduğunu elan edib.

Aprel ayının 9-u ilə iyun ayının 15 arasında Mosulda həyata keçirilən 6 hücum 14 adamın ölümünə, 2-nin yaralanmasına səbəb olub.

2014-cü ildən terrorizm və münaqişə ilə bağlı ölüm halları sayının azaldığı müşahidə edilir.

BMT-nin bildirdiyinə görə, son iki ildə oktyabr bu baxımdan ən ağır ay olub. Belə ki, bu ay 1100-dən çox mülki vətəndaş həlak olub.

XS
SM
MD
LG