Accessibility links

ABŞ hərbi təyyarələri İslam Dövlətinin Liviyadakı mövqelərini bombalayıb


Birləşmiş Ştatlar rəsmilərinə istinadən bildirilir ki, ABŞ hərbi təyyarələri Liviyanın qərbində, İslam Dövlətinin Tunislə sərhəd yaxınlığındakı mövqelərini bombalayıb.

Bu gün səhər tezdən həyata keçirilən hava hücumları zamanı eksremist qrupun fəaliyyət göstərdiyi Sabrata şəhərinin binaları dağıdılıb.

Yerli rəsmilər bombardman zamanı azı 40 nəfərin öldüyünü bildirib. Qərb rəmilərinin New York Times-a verdiyi məlumatında isə İslam Dövləti yaraqlılarından 30 nəfərdən çoxunun öldürüldüyü deyilib.

Rəsmilərə istinadən, hava hücumlarının keçən il Tunisdə iki terror hücumunda əli olanlara qarşı həyata keçirildiyi bildirilib.

XS
SM
MD
LG