Accessibility links

İordaniya kralı Co Baydenlə girovların azad edilməsi və Qəzzaya humanitar yardım çatdırılmasını müzakirə edib


İordaniya kralı Co Baydenlə girovların azad edilməsi və Qəzzaya humanitar yardım çatdırılmasını müzakirə edib
please wait

No media source currently available

0:00 0:02:58 0:00

İordaniya kralı Co Baydenlə girovların azad edilməsi və Qəzzaya humanitar yardım çatdırılmasını müzakirə edib

Oktyabrın 7-dən bəri Ağ Evə gələn ilk ərəb lideri, İordaniya kralı II Abdullah İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərində bazar ertəsi əməliyyatlara başladığı bir vaxt girovlar və Qəzzanın gələcəyi ilə bağlı müzakirələr aparmaq üçün prezident Co Baydenlə görüşüb. İordaniya atəşkəsə çağırır, Bayden isə həftə sonu İsrailin strategiyasını tənqid edib.

Bunlar İsrail qüvvələrinin bazar ertəsi səhər saatlarında Qəzzanın cənubundakı Rəfah şəhərini vuraraq, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu zamanı götürdüyü girovlardan ikisini xilas etdiyi səhnələrdir.

Azı 67 nəfər ölüb, saysız-hesabsız insan yaralanıb. Müharibə başlayandan bəri əhalisi hazırda təxminən 5 dəfə artan şəhərdə 1,5 milyona yaxın fələstinli sığınacaq tapıb.

Prezident Co Bayden və İordaniya kralı II Abdullah bazar ertəsi girovların azad edilməsi və Qəzzaya humanitar yardımın davam etdirilməsi ilə bağlı razılığa gəlib.

Lakin onların Rəfah əməliyyatı ilə bağlı mövqeləri fərqli oldu, Bayden həftə sonu İsrailin baş nazirinə etdiyi xəbərdarlığı bir daha təkrarladı. "Rəfahda böyük hərbi əməliyyat etibarlı bir plan olmadan, orada sığınan 1 milyondan çox insanın təhlükəsizliyini və dəstəyi təmin etmək üçün etibarlı plan olmadan davam etməməlidir. Onlar qorunmalıdır. Və biz əvvəldən aydın şəkildə bildirmişik: Biz fələstinlilərin Qəzzadan məcburi köçürülməsinə qarşıyıq."

Abdullah isə daha kəskin danışdı. "İsrailin Rəfaha hücumuna imkan verə bilmərik. Bu, şübhəsiz ki, yeni humanitar fəlakətə səbəb olacaq. Bizə indi davamlı atəşkəs lazımdır. Bu müharibə bitməlidir".

Lakin İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, "heç bir şəraitdə Rəfaha girməməliyik deyənlər, əslində, müharibəni uduzun deyir".

Münaqişə başlayandan bəri İsraili dəstəkləyən Bayden onun addımlarını şübhə altına almağa başlayıb. Keçən həftə o, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını “həddən artıq” adlandırıb.

Lakin Ağ Ev bazar ertəsi azı altı həftəlik fasiləyə səbəb olacaq girov müqaviləsindən danışaraq, atəşkəsə qarşı çıxıb. Milli Təhlükəsizlik Əlaqələri üzrə müşavir Con Kirbi: "Humanitar fasilə keçən noyabrda gördüyümüz bir həftədən daha uzun olacaq, bizə bütün girovları azad etməyə, daha çox yardım çatdırmağa imkan verəcək və bundan sonra ümid edirik ki, bizi münaqişəyə son qoyulmasına yaxınlaşdıracaq müzakirələrə gətirib çıxaracaq."

Humanitar yardım təşkilatlarının rəsmiləri deyirlər ki, Rəfahdakı münaqişənin bu yeni mərhələsi "dəhşətli"dir. Birləşmiş Millətlər Təşkilatından Ravina Şamdasani: "Əsasən uşaq və qadınlardan ibarət çox sayda mülki vətəndaşın ölməsi və ya yaralanması ehtimalı var. Biz müharibə qanunlarını pozan hərəkətlərə qarşı xəbərdarlıq etmişik. Rəfahda belə bir əməliyyatın perspektivi növbəti zorakılıq cinayətləri riskini daşıyır. Dünya buna imkan verməməlidir".

ABŞ-ın terror təşkilatı olaraq tanıdığı HƏMAS oktyabrın 7-də İsrailə qarşı 1200 insanın ölümünə və hazırkı müharibəyə səbəb olan hücuma başlayıb. Qrup Rəfahdakı əməliyyatları "soyqırım" kimi qiymətləndirib.

Bu arada, Qəzza sakinlərinin iztirablarının sonu görünmür.

Forum

XS
SM
MD
LG