Accessibility links

ABŞ Şimali Koreyanın kütləvi qırğın silahları proqramını hədəf alan sanksiyaları açıqlayıb


Birləşmiş Ştatlar cümə günü Şimali Koreyanın kütləvi qırğın silahları proqramını dəstəkləməkdə ittiham etdiyi iki Rusiya bankına, bir Şimali Koreya şirkətinə və bir şəxsə sanksiyalar tətbiq edərək Pxenyana balistik raket sınaqlarını bərpa etdiyinə görə təzyiqi artırıb.

Amerikanın bu son addımı Çin və Rusiya ABŞ-ın başçılığı ilə Şimali Koreyaya balistik raket sınaqları səbəbilə daha çox BMT sanksiyaları tətbiq etmək təşəbbüsünə veto qoyandan sonraya təsadüf edib.

Bu vetolar Birləşmiş Ştatların dediyinə görə, Şimali Koreyanın bu il altıncı qitələrarası balistik raketi sınaqdan keçirməsinə və Pxenyanın 2017-ci ildən bəri ilk nüvə sınağını keçirməyə hazırlaşdığına dair işarələrin olmasına baxmayaraq qoyulub.

ABŞ-ın maliyyə nazirliyi bəyanat yayaraq Air Koryo Ticarət Korporasiyasını, habelə Rusiyanın Dalnevostochnıy və Sputnik banklarını Şimali Koreya Təşkilatlarının satınalmasına və gəlir əldə etməsinə töhfə verdiyi üçün hədəfə aldığını bildirib.

Vaşinqton həmçinin Şimali Koreya İkinci Təbiət Elmləri Akademiyasına (SANS) tabe olan bir təşkilatın Belarusdakı nümayəndəsi Conq Yonq Nama sanksiya tətbiq edib. Vaşinqton onun ballistik raketlərin inkişafı ilə əlaqəsi olan Şimali Koreya təşkilatlarını dəstəklədiyini bildirib.

Şimali Koreyanın BMT-dəki missiyası şərh tələbinə dərhal cavab verməyib.
“Birləşmiş Ştatlar KXDR-i (Şimali Koreya) diplomatik yola qayıtmağa və kütləvi qırğın silahları və ballistik raketlər inkişaf etdirmək istəyindən əl çəkməyə çağırmaqla yanaşı, mövcud sanksiyaları həyata keçirməyə və tətbiq etməyə davam edəcək,” Maliyyə nazirinin terror və maliyyə kəşfiyyatı məsələləri üzrə müavidi Brayan Nelson açıqlamasında bildirib.

Çin Birləşmiş Ştatları Pxenyanı Şimali Koreya lideri Kim Conq Un və o zamankı ABŞ prezidenti Donald Tramp arasında keçirilən üç uğursuz sammitdən sonra 2019-cu ildən bəri dayandırılan danışıqları bərpa etməyə cəlb etmək üçün tədbir görməyə, o cümlədən bəzi birtərəfli sanksiyaları aradan qaldırmağa çağırıb. ABŞ Pxenyanın mükafatlandırılmamalı olduğunu bildirib.

Cümə günü Cənubi Koreya, Yaponiya və ABŞ-ın yüksək səviyyəli diplomatları birgə bəyanat yayaraq, Şimali Koreyanın “2021-ci ilin sentyabrından bəri ballistik raket buraxılışlarının sürətini və miqyasını əhəmiyyətli dərəcədə artırdığını” bildiriblər.

Bəyanatda dövlət katibi Antoni Blinken, Cənubi Koreyanın xarici işlər naziri Park Cin və Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi Pxenyanı “danışıqlara qayıtmağa” çağırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG