Accessibility links

ABŞ və Yaponiya Çinin artan hərbi təhdidlərinin qarşısını almaq üçün ittifaqı dərinləşdirir


Birləşmiş Ştatlar və Yaponiya Şərqi Çin dənizində və Tayvan ətrafında intensivləşən Çin hərbi təhdidlərinin qarşısını almaq üçün çərşənbə günü birgə bəyanatla çıxış edib. Onlar strateji müttəfiqliklərini və fəaliyyətlərini dərinləşdirdiklərini qeyd edib.

Bu tədbirlərə Okinavada yerləşən ABŞ Dəniz Piyadaları bölmələrinin yenidən təşkili planları, kosmos və qabaqcıl hərbi texnologiyalar sahəsində əməkdaşlıq üçün yeni sazişlər daxildir.

ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin çərşənbə günü Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və Yaponiyanın müdafiə naziri Hamada Yasukazu ilə 2+2 adlanan danışıqlarda iştirak edib.

Çin təxribat xarakterli hərbi fəaliyyətləri gücləndirərək, Tayvan boğazında "yeni fəaliyyətlər qurmağa" çalışdığını bəyan etsə də, Ostin deyib ki, bu, Çinin Tayvana işğalının əlamətinin olmaması demək deyil.

"Biz Boğazda artan hava fəaliyyətini müşahidə etdik. Tayvan ətrafında gəmilərin fəaliyyətinin artdığını gördük. Bu, işğalın qaçılmaz olduğunu göstərmirmi? Bilirsiniz, mən buna ciddi şəkildə şübhə edirəm" - deyə, Ostin birgə mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

Blinken ABŞ-ın bunu dəstəkləmək istədiyi bir vaxt, Çinin "onilliklər ərzində (Tayvan boğazında) sülh və sabitliyi qoruyan uzunmüddətli status-kvonu pozmağa" çalışdığını deyib.

"Biz sülh və sabitliyi qorumaq üçün sakit, qətiyyətli yanaşmaya davam edəcəyik" deyib ABŞ diplomatı.

Çərşənbə axşamı yayımlanan birgə bəyanatda ABŞ və Yaponiya "müttəfiqliyi gücləndirmək üçün daha effektiv, hərtərəfli və çevik təşəbbüslər" üçün səy göstərəcəklərini bildirib.

XS
SM
MD
LG