ABŞ-da sentyabr ayında işsizlik 7.8 faizə enib ki, bu da son 44 ayda ilk dəfə olaraq 8 faizdən aşağıdır.
Prezident seçkilərinə bir ay qalmış açıqlanan hesabatda keçən ay Birləşmiş Ştatların Əmək Bazarında 114 min yeni iş yerinin açıldığı bildirilir. Hesabatda avqust aından bəri işə qəbul edilənlərin sayının 96 mindən 142 minə qalxdığı deyilir.
Hesabatın açılanmasından dərhal sonra ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni göstəricilərin əhəmiyyətini azaltmağa çalışıb. O deyib ki, işsizlik səviyyəsi əslində 11 faiz təşkil edir. Göstəricilərin aşağı olması insanların təzminat istəməməsi ilə izah edilir-deyə Romni bildirib.
ABŞ prezidenti Barak Obama hesabata münasibət bildirərək, Ev bunun iqtisadiyyatın canlandığına işarə kimi qiymətləndirib.
Bu ilin avqust ayında işsizlik 8.1 faizə çatmışdı və bəzi iqtisadçılar işsizlik səviyyəsinin sentyabr ayında daha da yüksələcəyini deyirdilər. Birləşmiş Ştatların Əmək Nazirliyi işsizlik göstəricilərinin aşağa olmasını keçən ay yarım-ştat iş yerlərinın açılması ilə izah edir.