ABŞ prezidenti Barak Obama Arizona ştatında şənbə günü silahlı hücumun qurbanlarının xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan ediləcəyini bildirib.
Cənab Obama Ağ Evdə bayraqların yarıya endiriləcəyini və bazar ertəsi səhər saat 11-də bir dəqiqəlik sükut elan ediləcəyini bildirib.
Həkimlər ABŞ Konqresinin qadın üzvü Qabriyel Giffordsun vəziyyətinin hələ də ciddi olduğunu bildirsə də, onun səhhətilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər.
Giffordsd dünən Arizona ştatında başından güllə ilə vurulub yaralanmışdır. Arizona Universtitetinin tibb mərkəzinin həkimi Piter Ri Gibbonsun tibbi cərrahiyyə əməliyyatı keçirdiyini və hazırda tibbi koma vəziyyətində olduğunu bildirib. Lakin doktorun bildirdiyinə görə, həkimlərin sadə işarələrinə cavab verdikdən sonra onun sağalma şansları ilə bağlı ümidlər artıb.
ABŞ qanunvericisinə dünən Tuson şəhərində seçiclərlə görüş zamanı hücum edilib.
Federal Təhqiqat Börosunun direktoru Robert Müller deyib ki, hazırda həbsdə olan silahlı şəxsə qarşı Konqres üzvünə hücum və federal hakimin qətlə yetirilməsi ittihamları irəli sürüləcək. Müller terrorizmlə bağlı ittihamların da istisna edilmədiyini bildirib.