Accessibility links

Prezident Obama Konqres liderlərini Liviyada vəziyyətlə bağlı məlumatlandırıb


Prezident Obama Konqres liderlərini Liviyada vəziyyətlə bağlı məlumatlandırıb
Prezident Obama Konqres liderlərini Liviyada vəziyyətlə bağlı məlumatlandırıb

ABŞ prezidenti qanunvericilərlə əməliyyatlara nəzarətin NATO-ya verilməsi məsələsini müzakirə edib

ABŞ prezidenti Barak Obama Liviyada vəziyyəti Konqres liderləri ilə müzakirə edib. Ağ Evin sözçüsü Cey Karni deyib ki, prezident qanunvericilərə Liviya üzərində uçuşa qadağa zonası ilə bağlı əldə edilmiş inkişaflar və əməliyyatlara və nəzarətin NATO-ya keçməsinə dair məlumat verib. Həm Respublikaçılar, həm də Demokrat partiyasından bəzi qanunvericilər cənab Obamanı ABŞ-ın hərbi əməliyyatları ilə bağlı Konrqesin təsdiqini almadığına görə tənqid edir. Lakin Ağ Ev bildirir ki, prezidentin ABŞ-ın Liviyaya qarşı raket hücumlarına dair qərarı ona konstitusiya ilə verilmiş hüquqlar çərçivəsində çıxarılıb.

XS
SM
MD
LG