Accessibility links

Dəmiryolçu lotereyada 337 milyon dollar udub


44 yaşlı Donald Louson dərhal təqaüdə çıxıb

ABŞ-ın Miçiqan ştatında yaşayan 44 yaşlı Donald Louson cümə günü uduşa düşən lotereya biletinin sahibi olub.

İki övlad atası deyib ki, 337 milyon dollar udduğunu öyrənəndən sonra o dərhal dəmiryolu stansiyasında işindən təqaüdə çıxıb. Üstəlik Louson uduşu qohumları ilə bölüşəcəyini deyəndən sonra bir neçə qohumu da onun xahişi ilə işdən çıxıb.

Yeni milyonçu uduşu birdəfəlik almaq istədiyini bildirib. Beləliklə vergiləri ödəyəndən sonra o, 158,7 milyon dollar alacaq.

Donald Louson əlavə edib ki, onun həyat tərzi bundan sonra şübhəsiz xeyli düzəlsə də, o, əvvəlki kimi “McDonald`s”da yemək daxil olmaqla sadə həyatına davam edəcək.

Louson lotereya biletini yanacaq doldurma stansiyasında alıb və uduşa düşən nömrələri maşına həvalə etməyib, özü seçib.
XS
SM
MD
LG